ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
29 yaşlı şahzadənin hotel otağında sirli ölümünün - Detalları
Londondakı lüks hoteldə ötən ilin noyabrında ölü tapılan Səudiyyə Ərəbistanı kral ailəsinin üzvü, 29 yaşlı Şahzadə Abdullah bin Fəhad bin Abdullah bin Əbdüləziz bin Cələvi əl-Səudun ölümü ilə bağlı istintaqın nəticələri açıqlanıb.
“Qafqazinfo” “The Sun”a istinadən xəbər verir ki, şahzadə 25 noyabr 2025-ci ildə Londonun Kensinqton rayonundakı “Marriott” hotelində gecəsi 600 funt-sterlinq olan otağının hamamında huşsuz vəziyyətdə aşkarlanıb.
Onun cəsədini otağa daxil olan təmizlik işçisi tapıb. Hadisə yerinə gələn həkimlər şahzadənin həyatını xilas edə bilməyiblər.
Qərbi London Koroner Məhkəməsində keçirilən dinləmədə bildirilib ki, toksikoloji ekspertiza zamanı şahzadənin qanında yüksək dozada alkoqol, ölümcül səviyyədə GHB (qamma-hidroksibutirat), həmçinin kannabis və narahatlıq əleyhinə istifadə olunan “Xanax” preparatının izləri aşkarlanıb.
Məlumata görə, qanında hər 100 millilitrə 222 milliqram alkoqol müəyyən edilib. Bu göstərici Böyük Britaniyada avtomobil idarə etmək üçün icazə verilən həddən təxminən üç dəfə çoxdur.
İstintaq zamanı bildirilib ki, şahzadə ölümündən əvvəl alkoqol asılılığı və “Xanax” istifadəsi ilə mübarizə aparırdı. O, ötən ilin avqustunda Londonun Roehampton bölgəsində yerləşən “Priory Clinic”də detoks müalicəsi keçib. Klinikadan buraxıldıqdan sonra onun intihar riski daşımadığı qiymətləndirilib.
Psixiatr Viktoriya Çamorro bildirib ki, şahzadədə qəbul zamanı narahatlıq və əhval-ruhiyyə pozuntusu müşahidə olunsa da, müalicəsini tamamladıqdan sonra vəziyyəti stabil hesab edilib.
Koroner Jan Harkin isə məhkəmədə şahzadənin qəsdən həyatına son verdiyini göstərən heç bir sübutun olmadığını vurğulayıb. O, ölümün səbəbini “çoxsaylı narkotik maddə və alkoqol qəbulundan yaranan bədbəxt hadisə” kimi qiymətləndirib.
Səudiyyə Kral Məhkəməsi şahzadənin ölümünü 2 dekabr 2025-ci ildə rəsmən təsdiqləmişdi. O, Ər-Riyadda yerləşən İmam Turki bin Abdullah məscidində keçirilən dəfn mərasimindən sonra torpağa tapşırılıb.
Məlumata görə, şahzadə kral ailəsində ictimaiyyətdən uzaq həyat tərzi sürən, xeyriyyə fəaliyyəti ilə tanınan şəxslərdən biri hesab olunurdu.























































