Menu
Xəbər Lenti
Tənha günlərim
Dünən, 19:56

Tənha günlərim

GÜLÜB KEÇDİM...
Dünən, 17:01

GÜLÜB KEÇDİM...

Bu ərazilərdə leysan var
20-07-2026, 11:45

Bu ərazilərdə leysan var

Vens 4-cü dəfə ata oldu
20-07-2026, 11:42

Vens 4-cü dəfə ata oldu

Şəhid övladları Fransada
19-07-2026, 11:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 10:45

Ağstafaya sel gəldi

21 İyul 2026 22:05Manşet / Gündəm / Sosial

Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi

 

22 İyul – Azərbaycan Milli Mətbuatının 151 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində "Cənubunsəsi" xəbər portalının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Lələyev Mərhəmət Ataxan oğlu yüksək mükafata  layiq görülüb.


Azərbaycanın cənub bölgəsində ədəbi-bədii mühitin media müstəvisində fəal təbliğinə görə Azərbaycan Mətbuat Şurasının sədri Hörmətli Rəşad Məcid tərəfindən Mərhəmət Lələyevə  Fəxri diplom təqdim olunub.


Bununla yanaşı, Mərhəmət Lələyev Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul olunub.


Qeyd edək ki, Mərhəmət Lələyev artıq 10 ildir ki, "Cənubunsəsi" xəbər portalına təsisçi və baş redaktor kimi rəhbərlik edir. Bu müddət ərzində Azərbaycanın cənub bölgəsinin ictimai-siyasi, sosial, mədəni və ədəbi-bədii həyatının operativ və obyektiv işıqlandırılması, cənub ziyalılarının, elm, təhsil, mədəniyyət və incəsənət xadimlərinin tanıdılması istiqamətində mühüm fəaliyyət göstərib. O, müxtəlif sosial layihələrin, media təşəbbüslərinin və sənədli filmlərin müəllifi və təşkilatçısıdır.


Mərhəmət Lələyev həmçinin "Cənub ziyalıları zamanın yaddaşında" və "Doğma elin simaları" kitablarının müəllifidir. Bu nəşrlər Azərbaycanın cənub bölgəsinin görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılmasına, milli-mənəvi irsin qorunmasına və təbliğinə mühüm töhfə verir.


Mərhəmət Lələyev bildirib ki, göstərilən bu yüksək etimad onun gələcək fəaliyyətində daha məsuliyyətli və peşəkar çalışması üçün böyük stimul olacaq.


O, Azərbaycan Mətbuat Şurasının sədri çox hörmətli Rəşad Məcidə göstərdiyi diqqətə, etimada və yüksək təltifə görə səmimi təşəkkürünü bildirib. Eyni zamanda, Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna-Zerkalo" qəzetinin təsisçisi və baş redaktoru, Əməkdar jurnalist Elçin Şıxlıya Jurnalistlər Birliyinə üzv qəbul olunmasına görə dərin minnətdarlığını ifadə edib.


Sonda Mərhəmət Lələyev onu təbrik edən bütün həmkarlarına, dostlarına və oxucularına təşəkkür edərək bildirib ki, göstərilən etimadı bundan sonra da vicdanlı, obyektiv və peşəkar jurnalist fəaliyyəti ilə doğrultmağa, Azərbaycan mətbuatının və xüsusilə cənub bölgəsinin informasiya məkanının inkişafına öz töhfəsini verməyə davam edəcək.