ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
22 İyul – Azərbaycan Milli Mətbuatının 151 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində "Cənubunsəsi" xəbər portalının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Lələyev Mərhəmət Ataxan oğlu yüksək mükafata layiq görülüb.
Azərbaycanın cənub bölgəsində ədəbi-bədii mühitin media müstəvisində fəal təbliğinə görə Azərbaycan Mətbuat Şurasının sədri Hörmətli Rəşad Məcid tərəfindən Mərhəmət Lələyevə Fəxri diplom təqdim olunub.
Bununla yanaşı, Mərhəmət Lələyev Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul olunub.
Qeyd edək ki, Mərhəmət Lələyev artıq 10 ildir ki, "Cənubunsəsi" xəbər portalına təsisçi və baş redaktor kimi rəhbərlik edir. Bu müddət ərzində Azərbaycanın cənub bölgəsinin ictimai-siyasi, sosial, mədəni və ədəbi-bədii həyatının operativ və obyektiv işıqlandırılması, cənub ziyalılarının, elm, təhsil, mədəniyyət və incəsənət xadimlərinin tanıdılması istiqamətində mühüm fəaliyyət göstərib. O, müxtəlif sosial layihələrin, media təşəbbüslərinin və sənədli filmlərin müəllifi və təşkilatçısıdır.
Mərhəmət Lələyev həmçinin "Cənub ziyalıları zamanın yaddaşında" və "Doğma elin simaları" kitablarının müəllifidir. Bu nəşrlər Azərbaycanın cənub bölgəsinin görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılmasına, milli-mənəvi irsin qorunmasına və təbliğinə mühüm töhfə verir.
Mərhəmət Lələyev bildirib ki, göstərilən bu yüksək etimad onun gələcək fəaliyyətində daha məsuliyyətli və peşəkar çalışması üçün böyük stimul olacaq.
O, Azərbaycan Mətbuat Şurasının sədri çox hörmətli Rəşad Məcidə göstərdiyi diqqətə, etimada və yüksək təltifə görə səmimi təşəkkürünü bildirib. Eyni zamanda, Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna-Zerkalo" qəzetinin təsisçisi və baş redaktoru, Əməkdar jurnalist Elçin Şıxlıya Jurnalistlər Birliyinə üzv qəbul olunmasına görə dərin minnətdarlığını ifadə edib.
Sonda Mərhəmət Lələyev onu təbrik edən bütün həmkarlarına, dostlarına və oxucularına təşəkkür edərək bildirib ki, göstərilən etimadı bundan sonra da vicdanlı, obyektiv və peşəkar jurnalist fəaliyyəti ilə doğrultmağa, Azərbaycan mətbuatının və xüsusilə cənub bölgəsinin informasiya məkanının inkişafına öz töhfəsini verməyə davam edəcək.























































