Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
GÜLÜB KEÇDİM...
Cəmiyyətdəki bayağı hallara, təkəbbür və dikbaşlığa, biganəliyə, nadanlığın özünəinam kimi təqdim olunmasına, mövhumata, riyakarlığa, ikiüzlülüyə, yalanın adi hala çevrilməsinə, etinasızlığa, hörmətsizliyin cəsarət sayılmasına, məmur laqeyidliyinə və sui-istifadəsinə, dedi-qoduya, mövqesizliyə, vicdanın susmasına, dəyərin var-dövlətlə ölçülməsinə, ucuz şöhrət həvəsinə, başqasının uğurundan narahat olanlara, öz səhvini görməyib hamını günahlandıranlara, hər şeyi bildiyini zənn edib öyrənməkdən imtina edənlərə, haqqı gücün, ədaləti isə marağın kölgəsində axtaranlara, zəhməti deyil, asan qazancı ucaldanlara, insanı şəxsiyyəti ilə deyil, imkanı ilə dəyərləndirənlərə, mərhəməti zəiflik, təvazökarlığı acizlik hesab edənlərə, üzdə olan üzsüzərə, özünü yazıçı hesab edən sözsüzlərə, duyğusuz qafiyasənclərə, səhihlə səhvin leksik mənasını ayırd edə bilməyən naşı jurnalistlərə, süni intellektin sayəsində yazılan sicilləmə muəlliflərinə gülüb keçdim.
Sadaladıqlarım isə gülüb keçdiklərimin bir qismidir!
... Kinə nifrətlə cavab vermədim, çünki nifrət insanın daxilini qaraldır. Cahillərlə mübahisə etmədim, çünki həqiqəti qəbul etmək istəməyənə ən güclü dəlil belə təsir etmir. Özünü ucaltmaq üçün başqalarını alçaldanlara acıdım, çünki həqiqi ucalıq başqalarının üzərindən yüksəlməklə deyil, öz vicdanının qarşısında dik dura bilməklə ölçülür.
İnsanı ucaldan səsi deyil, səviyyəsi; var-dövləti deyil, xarakteri; şöhrəti deyil, ləyaqətidir.
Zaman hər maskanı çıxarır, hər niyyəti üzə çıxarır və hər kəs əkdiyini biçir. Yalan bir müddət həqiqət kimi görünə bilər, amma həqiqətin ömrü uzun, yalanın isə kölgəsi qısadır. Vicdanını susduranlar bəlkə alqış qazanar, amma daxili rahatlıqlarını itirərlər. Çünki insanın ən sərt hakimi başqaları deyil, öz vicdanıdır.
Bu gün də gülüb keçirəm. Laqeyd olduğum üçün yox, enerjimi dəyərsiz mübahisələrə sərf etmədiyim üçün. Bilirəm ki, hər kəs öz əməlinin, öz niyyətinin və öz seçimlərinin nəticəsini yaşayacaq.
Sonda insanın arxasında qoyduğu ən böyük miras nə sərvətidir, nə şöhrəti, nə də vəzifəsi. Onun ən qiymətli mirası dürüstlüyü, ləyaqəti, mərhəməti və xatirələrdə qoyduğu gözəl izdir.
Ona görə də... gülüb keçdim!
Gülüb keçdiklərimi bir yana qoyub, xoş ovqatda sözü ilə özü üzüağ olan "Əkinçi"nin pöhrələrini - işıqlı davamçıları
Milli Mətbuat və Jurnalistika Günü münasibətilə təbrik edirəm. Uğurlar!
Tapdıq ƏLİBƏYLİ






















































