ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
Müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafında sahibkarların rolu danılmazdır. Dövlətimizin iqtisadi siyasətinin uğurla həyata keçirilməsi, yeni iş yerlərinin yaradılması, vətəndaşların rifahının yüksəldilməsi və sosial məsuliyyət prinsiplərinin geniş yayılması bu sahədə fəaliyyət göstərən iş adamlarının üzərinə mühüm vəzifələr qoyur. Bu baxımdan “EL Holding”in rəhbəri Elçin Muradov öz uğurlu sahibkarlıq fəaliyyəti, cəmiyyətə verdiyi töhfələr və xeyriyyəçilik missiyası ilə seçilən iş adamlarından biridir.
Ulu Öndər Heydər Əliyev hər zaman vurğulayırdı ki, güclü dövlətin əsas dayaqlarından biri güclü iqtisadiyyatdır. Məhz onun müəyyən etdiyi inkişaf strategiyası nəticəsində Azərbaycanda sağlam sahibkarlıq mühiti formalaşdı, özəl sektorun inkişafı üçün geniş imkanlar yaradıldı. Bu siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar, sahibkarlığa göstərilən dövlət dəstəyi və qeyri-neft sektorunun inkişafına yönəlmiş layihələr ölkəmizdə biznes mühitinin daha da möhkəmlənməsinə şərait yaradıb.
Belə bir inkişaf mühitində fəaliyyət göstərən “EL Holding” qısa müddətdə öz uğurları ilə seçilən şirkətlərdən birinə çevrilib. Şirkətin rəhbəri Elçin Muradov idarəçilik bacarığı, peşəkarlığı və gələcəyə hesablanmış strateji baxışı ilə kollektivinin etimadını qazanıb. Onun rəhbərliyi altında həyata keçirilən layihələr həm iqtisadi inkişafın sürətlənməsinə, həm də yeni məşğulluq imkanlarının yaradılmasına mühüm töhfələr verir.
Elçin Muradov hesab edir ki, uğurlu sahibkarlıq yalnız iqtisadi nəticələrlə ölçülməməlidir. Əsl sahibkar qazandığı uğurları cəmiyyətlə bölüşməyi bacarmalı, sosial məsuliyyətini daim ön planda saxlamalıdır. Məhz bu yanaşma onun fəaliyyətinin əsas prinsiplərindən birini təşkil edir.
Bu gün Elçin Muradovun həyata keçirdiyi xeyriyyəçilik layihələri cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. O, hər zaman şəhid ailələrinin, Vətən müharibəsi qazilərinin və aztəminatlı ailələrin yanında olur, onların problemlərinin həlli istiqamətində müxtəlif humanitar təşəbbüslərə dəstək göstərir. Maddi yardımlar, sosial layihələr, müxtəlif bayramlarda təşkil olunan aksiyalar və ehtiyac sahiblərinə göstərilən diqqət onun fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib.
Azərbaycan xalqı Vətən müharibəsində misilsiz qəhrəmanlıq nümayiş etdirərək torpaqlarını işğaldan azad etdi. Bu şanlı Zəfərin memarı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev, qəhrəman Ordumuz və canlarını Vətən uğrunda fəda etmiş şəhidlərimizdir. Elçin Muradov da şəhid ailələrinə və qazilərə xüsusi həssaslıqla yanaşaraq onların sosial rifahının yaxşılaşdırılmasına imkanları daxilində dəstək göstərməyi özünün mənəvi borcu hesab edir. Onun fikrincə, Vətən uğrunda canından keçən qəhrəmanların ailələrinə diqqət göstərmək hər bir Azərbaycan vətəndaşının müqəddəs vəzifəsidir.
Elçin Muradov yalnız sosial yardımlarla kifayətlənmir. O, gənclərin inkişafına, təhsilə, peşə hazırlığına və insan kapitalının formalaşmasına da xüsusi önəm verir. Gənclərin işlə təmin olunması, onların peşə bacarıqlarının artırılması və sağlam əmək mühitinin yaradılması istiqamətində atdığı addımlar şirkətin sosial məsuliyyət siyasətinin əsas istiqamətlərindəndir.
“EL Holding”də formalaşdırılan sağlam korporativ idarəetmə sistemi, əməkdaşlara göstərilən diqqət və peşəkar kollektivin yaradılması şirkətin uğurlarını daha da artırır. Burada insan amili hər zaman ön planda saxlanılır, əməkdaşların sosial rifahı, təhlükəsizliyi və peşəkar inkişafı üçün zəruri şərait yaradılır.
Bu gün Azərbaycan sahibkarları ölkənin iqtisadi qüdrətinin artmasına, dövlətimizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə və sosial rifahın yüksəldilməsinə mühüm töhfələr verirlər. Elçin Muradov da bu sahibkarlar sırasında məsuliyyətli fəaliyyəti ilə seçilən, dövlətçilik prinsiplərinə sadiq, milli maraqları üstün tutan iş adamlarından biridir.
Onun fəaliyyəti göstərir ki, sahibkarlıq yalnız biznes deyil, həm də cəmiyyət qarşısında məsuliyyət daşımaq, insanlara fayda vermək və sosial həmrəyliyin güclənməsinə xidmət etməkdir. Elçin Muradovun həyata keçirdiyi xeyriyyəçilik tədbirləri, humanist təşəbbüsləri və vətənpərvər mövqeyi onu cəmiyyət arasında hörmət qazandıran əsas amillərdəndir.
Azərbaycan mediası da ölkəmizin inkişafında, milli-mənəvi dəyərlərin təbliğində, dövlətçilik ideyalarının möhkəmləndirilməsində və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Milli mətbuatımızın zəngin tarixi bu gün müasir texnologiyalarla daha da inkişaf edir və informasiya məkanında öz layiqli yerini tutur.
Bu münasibətlə “EL Holding”in rəhbəri Elçin Muradov bütün jurnalistləri, media nümayəndələrini və informasiya sahəsində çalışan əməkdaşları 22 İyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə səmimi-qəlbdən təbrik edir. O, Azərbaycan mətbuatının bundan sonra da dövlətimizin milli maraqlarının qorunmasına, obyektiv informasiya siyasətinin həyata keçirilməsinə və cəmiyyətin maariflənməsinə mühüm töhfələr verəcəyinə əminliyini bildirir.
Elçin Muradov bütün media nümayəndələrinə möhkəm cansağlığı, peşə fəaliyyətlərində yeni-yeni uğurlar, tükənməz yaradıcılıq enerjisi, ailə səadəti və daim obyektiv sözün keşiyində durmağı arzulayır. O qeyd edir ki, milli mətbuatımızın inkişafı Azərbaycanın inkişafı, güclənməsi və beynəlxalq nüfuzunun daha da artması deməkdir.
Vüqar Əsədov























































