Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
FETÖ dəfələrlə sui-qəsd təşkil etməyə çalışıb
FETÖ terror təşkilatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dəfələrlə sui-qəsd təşkil etməyə çalışıb.
“Qafqazinfo” xəbər verir ki, bu iddia ilə “Türkiye” qəzeti adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, FETÖ 2016-cı ilin iyulunda baş vermiş dövlət çevrilişi cəhdi zamanı və ondan əvvəl dəfələrlə sui-qəsd təşkil etməyə çalışıb.
“Belə ki, əvvəlcə Ərdoğanı hərbi təlimlər zamanı qətlə yetirmək planlaşdırılırdı, lakin xüsusi xidmət orqanları bir sıra şübhəli məqamlar aşkar edib və prezidentin bu təlimlərdə iştirak proqramı ləğv olunub. Sonradan Ərdoğana qarşı 1981-ci ildə hərbi paradda Misir Prezidenti Ənvər Sədata qarşı təşkil edilən sui-qəsdə oxşar qəsd planlaşdırıldığı müəyyən edilib”, - məlumatda bildirilib.
Təqaüddə olan briqada generalı İbrahim Büyükbaş isə FETÖ-nün Ərdoğanın təyyarəsini havada vurmaq niyyətində olduğunu açıqlayıb. Onun sözlərinə görə, sui-qəsd günü Ərdoğan qaldığı hoteldən helikopterə mindirilməli, elə oradaca qətlə yetirilməli idi.
“Çevriliş gününü əvvələ salmaq məcburiyyətində qalmaları, helikopterlərdən birinin əməliyyata gecikməsi… Hər şeyi dəyişmiş oldu”, - o bildirib.























































