Menu
Xəbər Lenti
Tənha günlərim
Bugün, 19:56

Tənha günlərim

GÜLÜB KEÇDİM...
Bugün, 17:01

GÜLÜB KEÇDİM...

Şəhid övladları Fransada
19-07-2026, 11:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 10:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 11:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 11:14

Sən kimə dua edirsən?..

21 İyul 2026 14:44Manşet / Gündəm / Sosial

İsmayıl Zalov Milli Mətbuat Günü münasibətilə Fəxri Fərmanla təltif olundu

 

22 iyul – Azərbaycan Milli Mətbuat və Jurnalistika Günü münasibətilə beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru, beynəlxalq hüquq müdafiəçisi və ARHD.media İnformasiya Agentliyinin rəhbəri İsmayıl Zalov, Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev tərəfindən YAP-ın fəaliyyətinə göstərdiyi informasiya dəstəyi, milli maraqların qorunması istiqamətində həyata keçirdiyi fəal ictimai fəaliyyəti və ölkənin ictimai-siyasi həyatında yaxından iştirakına görə Fəxri Fərmanla təltif olunmuşdur.


Bu yüksək təltif İsmayıl Zalovun uzun illər ərzində hüquq, media və ictimai fəaliyyət sahəsində göstərdiyi xidmətlərə verilən dəyərin ifadəsidir. Onun beynəlxalq hüquq sahəsində elmi və praktiki fəaliyyəti, milli maraqların müdafiəsi istiqamətində apardığı ardıcıl işlər, eləcə də informasiya məkanında obyektiv və operativ xəbərlərin ictimaiyyətə çatdırılması istiqamətində göstərdiyi səylər daim diqqət mərkəzində olmuşdur.


Azərbaycan Respublikasında söz və mətbuat azadlığının inkişafı, milli jurnalistikanın gücləndirilməsi və dövlət-media münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl islahatlar ölkədə sağlam informasiya mühitinin formalaşmasına mühüm töhfə verir. Dövlət tərəfindən jurnalistlərin və media nümayəndələrinin əməyinə verilən yüksək qiymət, onların fəaliyyətinin müxtəlif mükafat və fəxri adlarla dəyərləndirilməsi milli mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir.


Yeni Azərbaycan Partiyası da öz fəaliyyətində dövlətçilik prinsiplərinə sadiqliyi, milli həmrəyliyin möhkəmləndirilməsi, cəmiyyətin maarifləndirilməsi və informasiya təhlükəsizliyinin təmin olunmasına xüsusi önəm verir. Bu istiqamətdə fəal iştirak edən media nümayəndələrinin təltif edilməsi dövlətə və cəmiyyətə xidmət edən peşəkar fəaliyyətin yüksək qiymətləndirilməsinin göstəricisidir.


İsmayıl Zalovu bu nüfuzlu təltif münasibətilə səmimi-qəlbdən təbrik edir, ona hüquq, elm, media və ictimai fəaliyyət sahəsində yeni nailiyyətlər, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli maraqların müdafiəsi və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayırıq. Bu mükafatın gələcəkdə də Vətənə, dövlətə və xalqa xidmət yolunda yeni uğurlar üçün stimul olacağına inanırıq.