Xəbər Lenti
Dünən, 10:49
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Dünən, 10:44
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
1-11-2026, 19:09
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
“Digər ölkələr də maliyyə dəstəyi göstərməlidir”
“ABŞ beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi etməyə davam edəcək. Lakin digər ölkələr də fəallaşmalı, bu yükün bölüşdürülməsi üçün ya resurs, ya da maliyyə dəstəyi göstərməlidirlər”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio deyib.
“Bütün dünya gəmiçiliyini əbədi olaraq qorumaq ABŞ-nin işi deyil. Bu istiqamətdə artıq bəzi investisiya öhdəlikləri götürülüb və gələcəkdə daha başqa ölkələr də belə öhdəliklər götürəcəklər”, - o bildirib.
ABŞ dövlət katibi əlavə edib ki, region ölkələrinin bu cür investisiyalar həyata keçirə bilməsi üçün gəlir əldə etmələri vacibdir.
Onun sözlərinə görə, neft və qazın dünya bazarlarına çıxarılması təmin olunmasa, bu mümkün olmayacaq.























































