VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır
Bəzi media resurslarında həlak olan Azərbaycan hərbçisinin paraşütdən yerə yıxılması anını əks etdirdiyi iddia olunan görüntülər yayılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, paylaşılan videonun araşdırılması nəticəsində müəyyən olunub ki, görüntülər bir neçə ay əvvəl xarici ölkələrdən birində baş vermiş hadisəyə aiddir.
Ayrı-ayrı media resursları və sosial şəbəkə istifadəçiləri həssas hərbi mövzulardan istifadə edərək daha çox baxış sayı və reytinq əldə etmək məqsədilə həmin köhnə görüntüləri yanlış təqdim etmiş, onları Azərbaycan Ordusu ilə əlaqələndirərək həqiqəti əks etdirməyən məlumatlar yayıblar.
Videoda əks olunan hərbi nəqliyyat təyyarəsi C-130 tipli turbopərvanəli təyyarədir. Azərbaycan Müdafiə Nazirliyinin balansında bu tip hərbi nəqliyyat təyyarəsi mövcud deyil.
Həmçinin videoda görünən paraşüt sistemi də Azərbaycan Ordusunun silahlanmasında istifadə olunan paraşüt növlərinə aid deyil.
Bu səbəbdən videonun Azərbaycan Ordusuna aid olduğu barədə iddialar həqiqəti əks etdirmir. Bu cür dezinformasiya cəmiyyətdə yanlış təsəvvür formalaşdırır, ictimai narahatlığa səbəb olur və informasiya təhlükəsizliyinə mənfi təsir göstərir.
Media subyektləri və sosial media istifadəçiləri hərbi mövzularla bağlı məlumatları yayarkən yalnız rəsmi və etibarlı mənbələrə istinad etməli, təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməlidirlər.
























































