ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
Bakıda xəstəxanaların həyətindən - Xoşagəlməz görüntülər
İstifadə olunmuş tibbi ləvazimatlar və hətta əməliyyat sırasında çıxarılmış orqan qalıqları... Fərqli xəstəxanaların həyətində eyni mənzərələri görmək mümkündür.
“Qafqazinfo” “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Kliniki Tibbi Mərkəzin ərazisində də tibbi tullantılar yer alır. Klinikanın əməkdaşları belə tullantıları xüsusi sellofan torbalarda əraziyə gətirirlər. Çəkisi ölçüldükdən sonra isə həmin əraziyə atılır.
Nazirlər Kabinetinin qərarına əsasən, tullantılar 24 saat ərzində daşınmalıdır. Lakin sözügedən ərazidə olan 1 ton tullantı artıq 3 gündür ki, daşınmır. Bu tullantılara nəzarət edən və onları qəbul edən şəxsin sözlərinə görə, vəziyyət bir neçə gündür ki, belədir. Tullantıların ərazidən nə vaxt daşınacağı isə hələ məlum deyil.
Tullantılar açıq sahədə, birbaşa günəş şüalarının altında qaldığından ətrafa kəskin və xoşagəlməz qoxu yayılır.
Bu vəziyyət təkcə bir xəstəxana ilə məhdudlaşmır. Belə ki, Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında da oxşar mənzərə ilə qarşılaşmaq mümkündür. Burada tibbi tullantılar düz xəstəxananın giriş hissəsində yer alıb.
Paytaxtla yanaşı bölgələrdə də vəziyyət eynidir. Gəncə Şəhər Birləşmiş Xəstəxanasında tullantılar ərazidən çıxarılsa da, heç bir xüsusi daşınma qaydalarına riayət olunmayıb. Halbuki qüvvədə olan tələblərə əsasən, tibbi tullantılar yalnız üzərində müvafiq xəbərdaredici nişan və etiketlər olan, qapalı, xüsusi təyinatlı və lisenziyalı nəqliyyat vasitələri ilə daşınmalıdır. Lakin müşahidə zamanı bu tələblərə əməl edilmədiyi müəyyən olunub.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, problem qısamüddətli olub. Məsələ dərhal nəzarət götürülüb və tullantıların təmizlənməsi işi aparılır.
Tibbi tullantıların utilizasiyası ilə bağlı məsələyə gəlincə, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, qurum bərk məişət tullantıları ilə yanaşı, təhlükəli tibbi tullantıların qəbulunu və zərərsizləşdirilməsini həyata keçirir.
Qeyd olunub ki, Bakı şəhərində fəaliyyət göstərən tibb müəssisələrində yaranan bu növ tullantıların beynəlxalq standartlara uyğun şəkildə zərərsizləşdirilməsi məqsədilə ötən ilin iyun ayından Tibbi Tullantıların Sterilizasiyası Mərkəzi istifadəyə verilib. “Təmiz Şəhər” ASC-dən onu da vurğulayıblar ki, qurum tibbi tullantıların düzgün və ekoloji baxımdan təhlükəsiz şəkildə idarə olunmasının tərəfdarıdır. Bildirilib ki, tibbi tullantıların düzgün idarə edilməsi insan sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Daha ətraflı videomaterialda:























































