Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı selim-muslumovun-bu-evi-yari-qiymete-satisa-cixarildi
Xətai rayonunda Xalq artisti Niyaməddin Musayevin 85 illik yubileyinə həsr olunmuş görüş keçirilib
31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
FHN-in Şimal-Qərb Regional Mərkəzi təlim keçirdi
FHN-in Şimal-Qərb Regional Mərkəzinin təşkilatçılığı ilə Qəbələ şəhərində yerləşən “Qafqaz Riverside Resort” hotelində “Yanğınların söndürülməsi və təxliyə” mövzusunda nəzəri-praktiki maarifləndirmə tədbiri keçirilib.
Nazirliyin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə FHN-in Şimal-Qərb Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin, eyni zamanda hotelin əməkdaşları iştirak ediblər.
Tədbirin nəzəri hissəsində hotelin əməkdaşlarına fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, həmçinin ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.
Tədbirin praktiki hissəsində “Həyəcan” siqnalı verildikdən sonra baş vermiş şərti yanğın yerinə operativ çatan Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri tərəfindən otel personalının və qonaqların “təhlükəli ərazidən” təxliyəsi, “yanğın” yerində çevik “kəşfiyyatın aparılması və yanğının söndürülməsi” əməliyyatları simulyasiya edilib. Həmçinin, Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri oteldə “köməksiz vəziyyətdə qalmış” insanları xüsusi vasitələrlə “xilas ediblər”.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.


































































