TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
Sən kimə dua edirsən?..
Bəzi səfərlər bitəndən sonra çamadanını boşaldırsan, amma içində yığılan hissləri uzun müddət yerbəyer edə bilmirsən.
Səhər Qubaya dağlardan süzülüb gəlir. Siftə zirvələrin başına qonur, sonra asta-asta ağacların budaqlarına düşür, axırda da küçələrin daş döşəməsinə yayılır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi media turu ilə yolumuz bu qədim diyara düşmüşdü.
Adətən belə səfərlərdə dəftərimə tarixlər, adlar, rəqəmlər yazıram. Amma elə şəhərlər var ki, xəbərə çevirmək olmur. Əvvəlcə yaşamaq, sonra yazmaq lazımdır...
İlk dayanacağımız “Cümə məscidi”dir...
Qapıya ayaq basan kimi məscidin icma sədri Hacı İlqar və imam Seyran bizi qarşılayır.
Adam ən əzizini tərifləyən kimi imam da məscidin tarixini, necə ərsəyə gəlməsini hamımıza bircə-bircə izah edir.
.jpeg)
Deyir ki, “Allahın evi” tikilərkən bişmiş kərpiclərin araba ilə daşınmasına icazə verilməyib.
Qorxublar ki, yolun sarsıntısından çatlayar, sınar. Kəndlilər 8-9 kilometr aralıda yerləşən kənddən burayadək müəyyən sıralarla kərpicləri əldən-ələ daşıyıblar .
Düşünürəm, təkcə tikinti materialını yox, inancı da bir-birinə beləcə ötürüblər.
Kərpicdən və yumurtadan ərsəyə gələn məscidin hörülməsinə kəndlinin inamı da qarışanda ortaya belə gözəl tarixi abidə çıxıb.


Oradan çıxıb Qubanın başqa bir memarlıq incisi olan “Səkinə xanım” məscidinə qədəm qoyuruq.
Çatanda elə bir səssizlik hiss olunurdu ki, ürəyimin döyüntüsünü eşidirdim.
Tarix adətən kişilərin adlarını böyük hərflərlə yazır.
Qadınlar isə çox vaxt həmin tarixə səssiz imza atırlar.
Səkinə xanım da həmin qadınlardan olub.
.jpeg)
Məscidin imamı danışır ki, bu məbəd Abbasqulu ağa Bakıxanovun qələmindən qazandığı qonorarlar hesabına tikilib.
Səkinə xanım o vəsaiti özü üçün yox, insanlara sərf edib.
Düşünə bilirsiniz? Birinin yazdığı cümlələr illər sonra başqasının duasına çevrilir.
.jpeg)
Yəqin ki, sözün çata biləcəyi ən uca məqam elə budur.
Növbəti stansiya isə başqa bir müqəddəs ünvan –Milli Qəhrəman Albert Aqarunovun doğulub boya-başa çatdığı Qırmızı Qəsəbədir.
Qudyalçayın üzərindəki körpüdən bir vaxtlar tankçı olmaq arzusu ilə böyüyən balaca Albert də keçmişdi.
Bir vaxtlar “Yəhudi kəndi” kimi tanınan bu məkan sonralar sovet dövründə “Qırmızı Qəsəbə” adını alıb. Ad dəyişdirilsə də, ruhu hələ də Quba xanından mədət uman qardaş xalqın məskəni kimi qalır.
.jpeg)
Qəsəbənin dar küçələri ilə addımladıqca diqqətimi ən çox evlərin pəncərələri çəkirdi. Elə bil hər pəncərənin arxasında bir tarix yatırdı. Burada daşlar təkcə divar hörmür, yaddaş da qoruyur.
.jpeg)
Yolumuz Qafqazın ən qədim yəhudi ibadət ocaqlarından biri olan “Altıgünbəz” sinaqoqa uzanır.
Burada bir də dərk edirəm ki, dua dillərə bölünmür.
Dağ Yəhudiləri ölkəmizdəki varlıqlarını hər zaman birliklə hiss etdirdikləri kimi, tarixlərini də doğma Qubamızda yaşadırlar.
Onların qəsəbə muzeyindəki hər əşyası, köhnə fotosu, əlyazması bir ailənin, bütöv bir icmanın yaddaşını yaşadır.
.jpeg)
Qırmızı Qəsəbənin ən böyük dəyəri isə nə qədim sinaqoqlarıdır, nə də muzeylərində qorunan eksponatlar. Bu torpağın əsl sərvəti yetişdirdiyi insanlardır.
Dağ yəhudisi ailəsində doğulan, amma vətəni uğrunda canını tərəddüd etmədən fəda edən Alberti nümunə götürək...
Onun adı çəkiləndə anlayırsan ki, vətən sevgisinin dini, dili olmur.
Heç torpaq da şəhidinin soyadına baxmır.
Axı tolerantlıq təkcə eyni küçədə, rayonda yaşamaq deyil.
Həm də, bir-birinin ağrısını özününkü bilməkdir.
Bəlkə də Azərbaycanın gücü elə bundadır.
Burada məscidlərin də, kilsələrin və sinaqoqların da günbəzi eyni səmaya baxır.
Göy isə heç vaxt soruşmur:
“Sən kimə dua edirsən?”
Telli Minbir



































































