Menu
Xəbər Lenti
Qalibin ədaləti...
Dünən, 19:31

Qalibin ədaləti...

Abubakarın yeni klubu
29-08-2026, 17:21

Abubakarın yeni klubu

Bakıda güclü külək əsir
29-08-2026, 16:55

Bakıda güclü külək əsir

“Azeri Light” bahalaşdı
28-08-2026, 11:25

“Azeri Light” bahalaşdı

Salam, azad Laçınım!
26-08-2026, 17:17

Salam, azad Laçınım!

17 İyul 2026 12:08Manşet / Gündəm / Dünya

“Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq

 

ABŞ-nin Bağdaddakı səfirliyi Ərbilə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlardan sonra İraqda yaşayan ABŞ vətəndaşlarını maksimum ehtiyatlı olmağa çağırıb və ölkəyə səfər edilməməsi ilə bağlı xəbərdarlığını yeniləyib.

“Qafqazinfo”nun məlumatına görə, səfirliyin yaydığı təhlükəsizlik bildirişində qeyd olunub ki, 15 iyul tarixində İrana yaxın qrupların Ərbilə təşkil etdiyi pilotsuz təyyarə hücumlarından sonra ABŞ vətəndaşları ən yüksək səviyyədə ayıq-sayıq olmalıdır.

Bəyanatda vətəndaşlara yerli medianı izləmək, həmçinin təhlükəsizlik qüvvələrinin göstərişlərinə əməl etmək tövsiyə olunub.

Səfirlik, eyni zamanda, İraqın hava məkanının əvvəlcədən xəbərdarlıq edilmədən bağlana və uçuşların dayandırıla biləcəyi barədə xəbərdarlıq edib. Bu səbəbdən sərnişinlərə Ərbil, Bağdad, Bəsrə və Süleymaniyyə hava limanlarına yollanmadan əvvəl aviaşirkətlərdən uçuşların vəziyyətini dəqiqləşdirmək tövsiyə edilib.

ABŞ diplomatik nümayəndəliyi İraq üçün qüvvədə olan 4-cü səviyyəli səyahət xəbərdarlığını da xatırladaraq, vətəndaşlarını terror təhlükəsi, adam oğurluğu, silahlı qarşıdurmalar, daxili iğtişaşlar və ABŞ hökumətinin təcili yardım imkanlarının məhdudluğu səbəbindən ölkəyə səfər etməməyə çağırıb.

Bildirilib ki, bəzi əməkdaşların təxliyə edilməsinə baxmayaraq, ABŞ-nin İraqdakı diplomatik missiyası fəaliyyətini davam etdirir.

Səfirlik əlavə edib ki, ABŞ vətəndaşları konsulluq xidmətləri və digər məsələlərlə bağlı Bağdaddakı səfirlik və Ərbildəki Baş Konsulluqla elektron poçt vasitəsilə əlaqə saxlaya bilərlər.