ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Abşeronda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib
Vətəndaş müraciətlərinin və yerlərdə olan məsələlərin operativ həlli ilə əlaqədar olaraq Abşeron rayonunda növbəti səyyar qəbul-görüşlər keçirilib.
“Qafqazinfo” xəbər verir ki, rayonun Aşağı Güzdək, Pirəkəşkül, Görədil, Fatmayı, Ceyranbatan, Saray kənd və qəsəbələrində baş tutan səyyar qəbullarda RİH başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və sakinlər iştirak edib.
Səyyar qəbul və görüşlərdə RİH başçısı Abdin Fərzəliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən müharibəsindən, işğaldan azad olunan şəhər və kəndlərimizdə sürətlə aparılan təmir-bərpa işlərindən, doğma Qarabağda həyata keçirilən beynəlxalq tədbirlərdən, soydaşlarımızın öz yurdlarına qayıtmalarından ətraflı danışıb. Azərbaycanın döyüş meydanında qazandığı şanlı qələbədən sonra da sülh tərəfdarı olduğunu qeyd edən Abdin Fərzəliyev ordumuzun gücündən danışarkən bildirib ki, silahlı qüvvələrimiz bundan sonra da düşmənin törədə biləcəyi bütün hərbi təxribatların qarşısı vaxtında almağa və layiqincə cavablandırmağa qadirdir.
Qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.
Vətəndaş qəbulları çərçivəsində Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində Ailə Sağlamlıq Mərkəzinin yeni ünvanda istifadəyə verilən binasında yaradılan şəraitlə tanışlıq keçirilib. Bildirilib ki, bir müddət öncə qəsəbə sakinləri tərəfindən Ailə Sağlamlıq Mərkəzinin binasının qəzalı və təmirsiz olduğu bildirilərək yeni ünvana köçürülməsi və təmirli binada tibbi xidmətin göstərilməsi xahiş olunub.
Bundan sonra Rayon İcra Hakimiyyətinin və Mərkəzi Xəstəxananın rəhbərliyinin səyləri nəticəsində məsələnin həlli müzakirə olunaraq tibb müəssisəsinin yeni binaya köçürülməsi qərara alınıb. Hazırda fəaliyyət göstərəcək binada bir ildən çox müddətə təmir işləri aparılıb və Aşağı Güzdək ASM-i bu binaya köçürülüb. Tibb müəssisəsi 2920 nəfəri uşaq olmaqla 12 600 nəfər əhaliyə ilkin tibbi sanitariya xidməti göstərir.
13 nəfərdən ibarət olan kollektivdə biri bölmə müdiri olmaqla 4 nəfər həkim işləyir. Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini və əlçatanlığını təmin etmək üçün tibb müəssisəsi ştat vahidi üzrə ailə həkimləri - terapevt, pediatr və mama ginekoloqla təmin olunub.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tibbi kollektivlə görüşüb, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
























































