Menu
Xəbər Lenti
MƏZAHİR CƏLİLOV - 80
Bugün, 13:26

MƏZAHİR CƏLİLOV - 80

15 İyul 2026 12:20Manşet / İqtisadiyyat

“Kapital Bank” 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib

 

Ölkənin birinci bankı “Kapital Bank”ın aktivləri 30 iyun 2026-cı il tarixinə 13,3 milyard manat təşkil edib.

Müştərilərə verilən kreditlərin həcmi isə 6 milyard manatdır.

30 iyun 2026-cı il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 10 milyard manat təşkil edib. Bankın 30 iyun 2026-cı il tarixinə tutulmalardan sonra məcmu kapitalı 1,2 milyard manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır.

Bankın xalis mənfəəti isə ötən ilin analoji dövrü ilə müqayisədə 44% arataraq 222 milyon manata çatıb.

Qeyd edək ki, “Kapital Bank” “Moody's” və “Standard & Poor's” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı, 51 şöbəsi və 13 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün sayta, 196 Əlaqə Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Nağd pul krediti Birbank kartı” sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.