“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Beynəlxalq axtarışda olan pakistanlı Azərbaycana ekstradisiya ediləcək
Baş Prokurorluq tərəfindən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının səlahiyyətli orqanlarına ünvanlanan ekstradisiya sorğusu, habelə beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsindən sonra aparılmış danışıqlar nəticəsində Pakistan İslam Respublikasının vətəndaşı Qasım Sohail Mohammad oğlunun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə toplanmış materiallara əsasən, Qasım Sohail Mohammad oğlunun elektron informasiya texnologiyalarından istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında xarici bankların müştərilərinə məxsus hesablardan pul vəsaitlərini qanunsuz ələ keçirməsi, həmin vəsaitlər hesabına Bakı şəhərində fəaliyyət göstərən mağazalardan onlayn qaydada müxtəlif məhsullar əldə etməsi, sonradan bu malları səyyar qaydada sataraq pul vəsaitini nağdlaşdırması, eləcə də digər qanunsuz əməllər törətməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında onun barəsində Azərbaycan Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul olunub. İstintaqdan yayındığı üçün barəsində həbs qətimkan tədbiri seçilərək Bakı şəhərində İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs Birləşmiş Krallıq ərazisində müəyyən edilərək saxlanılıb. Hazırda onun Azərbaycana gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən beynəlxalq prosedurlara uyğun müvafiq tədbirlər həyata keçirilir.
Baş Prokurorluq beynəlxalq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycana ekstradisiya olunması istiqamətində xarici tərəfdaş qurumlar, o cümlədən İnterpol ilə sıx əməkdaşlığı bundan sonra da davam etdirəcək.























































