Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
Professor Yaşar İbadov: "14 iyul 1969 – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarixi gündür"
Axund Hacı İlham – Dövlətçiliyə sədaqəti, mənəvi dəyərlərin təbliği və xeyirxah əməlləri ilə seçilən din xadimi
"Sen Bizim Kahramanımızsın" – "Biz bir millet, iki devletiz" ruhunun yaşayan bir temsilcisi
Taleh Qaraşov Viravul kənd inzibati ərazi dairəsinin sakinlərinin qayğı və problemlərini dinləyib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev mütəmadi olaraq şəhid ailələrini ziyarət edir
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində sakinlərlə görüşüb.
Görüşdə Aparatın məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak edib.
Kənd sakinləri ilə görüşdə rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev respublikamızda aparılan sosial-iqtisadi islahatlardan, əhalinin rifah halının yüksəldilməsi sahəsində görülən işlərdən, dövlət-vətəndaş münasibətlərinin yüksələn xətlə inkişafından danışaraq, uğurlu siyasət nəticəsində ölkədə bütün sahələrdə əldə olunan nailiyyətlərdən söz açıb.
Görüşdə eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması və bu xidmətin əlçatan və üstünlükləri barədə vətəndaşlara məlumat verilərək, onlara https://rih.gov.az/ platformasından istifadə etmək tövsiyə olunmuşdur.
Səyyar görüşdə sakinlər tərəfindən kəndin elektrik enerjisi təminatının yaxşılaşdırılması və təbii qaz xəttinin çəkilməsi, yaşayış massivinə içməli su xəttinin çəkilməsi və ərazinin içməli su ilə təmin olunması, kəndin girişində yerləşən körpünün keçid hissəsinin və daxili suvarma arxlarının təmizlənməsi, taxıl sahələrinin biçilməsinə köməklik göstərilməsi, kəndin giriş hissəsində radar qurğusunun quraşdırılması, həmçinin kənd şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün tikilmiş şəhid bulağının ətrafına asfalt örtüyünün çəkilməsi və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib.Hər bir vətəndaşın müraciətini dinləyən RİH başçısı Elvin Paşayev məsələlərin yerindəcə həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.





















































