MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına böyük töhfə verən şəxsiyyət
Mehriban Əliyeva – ictimai-siyasi fəaliyyətin və humanizm dəyərlərinin parlaq nümunəsi
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Gəncə Ağır Cinayətlər Məhkəməsində şəffaf və obyektiv məhkəmə prosesini yüksək qiymətləndirdi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev HR-lar ilə görüşüb
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev HR-lar ilə görüşüb.
Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə keçirilən işgüzar görüşdə Azərbaycan HR Cəmiyyətinin üzvləri, dövlət və özəl sektorun insan resurslarının idarəedilməsi bölmələrinin rəhbərləri, ali və peşə təhsili müəssisələrinin rəhbərləri, sahibkarlar və insan kapitalının inkişafı istiqamətində fəaliyyət göstərən nümayəndələr iştirak ediblər.
Görüş çərçivəsində regionlarda liderlik, idarəetmə, mentorluq proqramlarının təşkili, insan kapitalının inkişafı, əmək bazarının mövcud və gələcək tələbləri, peşəkar kadr hazırlığı, dövlət–təhsil–özəl sektor əməkdaşlığının gücləndirilməsi, istedadların regionlarda saxlanılması və inkişaf etdirilməsi, müasir HR yanaşmalarının tətbiqi, eləcə də gələcək birgə təşəbbüs və layihələrin həyata keçirilməsi imkanları geniş müzakirə olunub.
Görüşdə iştirak edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxışında bildirib ki, insan kapitalı bu gün hər bir dövlətin ən böyük sərvəti hesab olunur. Güclü iqtisadiyyat, dayanıqlı inkişaf, rəqabətqabiliyyətli idarəetmə və müasir cəmiyyət ilk növbədə peşəkar, bilikli və məsuliyyətli insan resursları üzərində qurulur. Məhz buna görə də insan resurslarının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Azərbaycan Respublikasında son illər dövlət idarəçiliyində həyata keçirilən islahatlar insan resurslarının səmərəli idarə olunmasına yeni yanaşmalar formalaşdırmışdır. Bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən ardıcıl tədbirlər peşəkarlığın, şəffaflığın, innovativ idarəetmənin və rəqəmsal transformasiyanın geniş tətbiqinə imkan yaradıb.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev insan amilini dövlət quruculuğunun əsas prinsiplərindən biri hesab edirdi. Onun müəyyən etdiyi inkişaf strategiyası bu gün onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə insan kapitalının inkişafı, peşəkar kadr hazırlığı, müasir idarəetmə sisteminin qurulması və dövlət qulluqçularının bilik və bacarıqlarının artırılması istiqamətində mühüm addımlar atılır.
Eyni zamanda, ölkə rəhbəri təhsil, elm, sosial inkişaf və insan potensialının gücləndirilməsi sahəsində həyata keçirdiyi mühüm layihələrlə cəmiyyətimizin inkişafına dəyərli töhfələr verir.
Bu gün HR sahəsi artıq yalnız kadr uçotu ilə məhdudlaşmır. Müasir insan resursları idarəçiliyi strateji planlaşdırma, liderliyin formalaşdırılması, əməkdaşların motivasiyası, istedadların aşkarlanması, davamlı təlim və korporativ mədəniyyətin inkişafını özündə birləşdirən mühüm fəaliyyət sahəsidir.
Belə görüşlər dövlət qurumları, özəl sektor, təhsil müəssisələri və digər tərəfdaşlar arasında əməkdaşlığın genişlənməsinə, qabaqcıl təcrübələrin paylaşılmasına və yeni təşəbbüslərin formalaşmasına mühüm töhfə verir.
Qax rayonu da insan kapitalının inkişafına xüsusi diqqət yetirən bölgələrdəndir. Rayonumuzda təhsil, peşə hazırlığı, gənclərin məşğulluğu, dövlət xidmətlərinin keyfiyyətinin artırılması və rəqəmsal idarəetmənin tətbiqi istiqamətində həmçinin insan resurslarının idarə edilməsi və təkmilləşdirilməsi, kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl işlər görülür. Əminik ki, insan resurslarının düzgün idarə olunması rayonumuzun sosial-iqtisadi inkişafını daha da sürətləndirəcək.
İnanıram ki, bugünkü görüş yeni ideyaların, faydalı müzakirələrin və gələcək əməkdaşlıqların başlanğıcı olacaq.
Tədbir çərçivəsində iştirakçılar arasında səmərəli fikir mübadiləsi aparılıb, yeni əməkdaşlıq imkanları dəyərləndirilib və regionlarda insan kapitalının inkişafına töhfə verəcək Azərbaycan HR İnstitutu tərəfindən sertifikatlaşdırılmış proqramların təşkili, yerli mütəxəssislər və ekspertlər bankının yaradılması, turizmin inkişafı, yerli gənclərin işlə təmin olunması üçün Respublikas səviyyəli Karyera Sərgisinin keçirilməsi və s kimi təklif və təşəbbüslər irəli sürülüb.
Görüşün sonunda Azərbaycan HR Cəmiyyəti adından Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevə insan kapitalının inkişafına verdiyi dəyərli töhfələrə görə xatirə plaketi təqdim olunub.























































