Xəbər Lenti
Bugün, 14:56
Mehriban xanım Əliyeva – Azərbaycan səhiyyəsinin inkişafına töhfə verən xeyirxah şəxsiyyət
22-08-2026, 21:13
Hacı İldırım Allahyarov – Masallının "İstisu" sanatoriyasının inkişafına töhfə verən iş adamı
21-08-2026, 15:39
Binəqədidə sensasion iddia: Ramil Abasovun təyinatı ətrafında 200 min manatlıq rüşvət qalmaqalı
20-08-2026, 20:00
Astana görüşləri: Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Qazaxıstan Ali Məhkəməsində — ədalət, şəffaflıq və insan hüquqlarına həsr olunmuş mühüm görüş
“Arsenal”ın vingeri “Beşiktaş” üçün İstanbula gəlir
“Arsenal”ın vingeri Leandro Trossard “Beşiktaş” ilə müqavilə imzalayacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə insyader Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Məlumata əsasən, Türkiyə təmsilçisi bu keçid üçün London klubuna 20 milyon avro ödəyəcək. Belçikalı futbolçunun maaşının 9 milyon olacağı bildirilib. Trossard tibbi müayinədən keçmək və klubla müqavilə imzalamaq üçün bu gün İstanbula gələcək.
Qeyd edək ki, vinger ötən mövsüm bütün turnirlərdə 50 oyun keçirib, 8 qol vurub və 11 məhsuldar ötürmə edib.























































