... O, hər kəsin şairi idi, uşaqların, gənclərin, böyüklərin qəlbinə yol tapan incə qəlbli söz sərrafı idi...
"Sabimed" Sağlıq və Turizm şirkətindən növbəti xeyirxah addım – Türkiyədə müalicə alan körpəyə hərtərəfli dəstək
Elşad Abbasov – sosial məsuliyyəti, xeyriyyəçiliyi və milli dəyərlərə bağlılığı ilə seçilən nüfuzlu rəhbər
Turistlər aldadılır? – Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır
“Azərbaycandan qayıdandan sonra işlərim daha yaxşı gedib”
“Azərbaycanda rəsmi səfərdə, o cümlədən Qarabağda, Şuşada olmağımdan çox məmnunam. Mənim üçün bu gün burada olmaq böyük şərəfdir. Mən və həmkarlarım burada çox genişmiqyaslı bərpa işlərinin şahidi oluruq. Burada mən Sizin qısa müddətdə nələr əldə etdiyinizi, nəyə nail olduğunuzu xüsusilə vurğulamaq istəyirəm. Mənim üçün böyük şərəfdir ki, slovak şirkətləri də məhz bu regionun inkişafına öz töhfəsini verirlər. Ümid edirəm ki, onlar bundan sonra da müxtəlif layihələrdə iştirak edəcəklər.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Slovakiya Prezidenti Peter Pelleqrini Şuşada Prezident İlham Əliyev ilə mətbuata bəyanatında səsləndirib.
“Qafqazinfo”nu yeni instaqram səhifəsində izləyin!
Peter Pelleqrini bildirib ki, Azərbaycanla Slovakiya arasındakı strateji tərəfdaşlıq sadəcə rəsmi bir sənəddən və ya formal diplomatik münasibətlərdən ibarət deyil, hər iki ölkə bir-birinə həqiqi dostdur və tərəfdaşların bir-birinə təklif edəcəyi bir çox perspektivli sahələr mövcuddur.
“Slovakiya öz tərəfdaşları ilə səmimi əməkdaşlıq qurmaq niyyətindədir və Azərbaycan məhz belə tərəfdaşdır. Azərbaycan regionun sabitliyinin və inkişafının qarantı və əsas oyunçusudur, regionun, eyni zamanda, nəqliyyat marşrutlarının və qovşaqlarının birləşdiyi məkandır”, - o əlavə edib.
“Azərbaycan və Slovakiya arasında əməkdaşlıq boş bəyanatlar deyil, bu əlaqələr konkret layihələrə çevrilir. Mən əvvəlki müxtəlif vəzifələrdə işləyən zaman Azərbaycanda səfərdə olmuşam. Burada sözlərimi onunla yekunlaşdırmaq istərdim ki, hər zaman Azərbaycandan qayıdandan sonra mənim işlərim daha yaxşı gedib və vəzifəm artıb. Ona görə buna görə də sizə xüsusi təşəkkürümü bildirirəm”, - Prezident qeyd edib.























































