Menu
Xəbər Lenti
Faktiki hava açıqlandı
12-07-2026, 11:21

Faktiki hava açıqlandı

Bu gün imtahan var
12-07-2026, 11:18

Bu gün imtahan var

Savaşdan qələbəyə
11-07-2026, 16:04

Savaşdan qələbəyə

14 İyul 2026 11:48Manşet / Gündəm / Sosial

Şəhid Baş Leytenant Harun Alqayev – Əbədiyaşarlıq Zirvəsinə Ucalan Qəhrəman

 

Zəfər savaşımızın adı dillərdə dastan olan igidlərindən biridir Harun Alqayev. Günümüzdə bir qəhrəman kimi əbədiyaşarlıq yolunu seçənlərdən, şanlı Zəfərimizdə payı danılmaz olanlardandır.


Kəşfiyyatçı Harun – düşmənin qorxulu yuxusuna çevrilən igid! Ürəyindəki Vətən sevgisi gözlərinin dərinlikləri qədər ucsuz-bucaqsız olan Harunumuz! Mənfur düşmənin axtarışa verdiyi, “Türk Harun” adını eşidəndə tir-tir əsdikləri qorxubilməz qəhrəmanımız! İsti yatağını soyuq səngərlə əvəz edən, ailəsinin, el-obasının, nəslinin, soy-kökünün, xalqının, millətinin şərəfini qoruyan oğul! Müqəddəs ruhun qarşısında baş əyirik! Rahat uyu, ölməzlik qazananımız! Uğrunda canını fəda etdiyin Vətən etibarlı əllərdədir! Əmin ol ki, bu Vətən, bu xalq səni heç zaman unutmayacaq, adını əbədi yaşadacaq!


Yeganə Qəhrəmanova və Səkinə Bayramovanın "Əfsanəvi kəşfiyyatçı Türk Harun" kitabından.


Zəfər savaşımızın tarix yazan igidlərindən hərb yolunu könüllü seçmiş C.Naxçıvanski adına Hərbi Liseyin və H.Əliyev adına Ali Hərbi Məktəbin məzunu, XTQ-nin baş leytenantı Qəhrəman Şəhidimiz Harun Məhəmməd oğlu Alqayevi doğum günündə ehtiramla yad edir, ruhu qarşısında baş əyirik.


Rasafil Bayramov


Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin Mətbuat Katibi


ATA TV, İXA və MAT TV-nin təsisçi direktoru