ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Liman klinikası təzminat ödəyəcək
Sumqayıt şəhərində yerləşən “Liman Klinikası” qüsurlu əməliyyata görə pasiyentə təzminat ödəyəcək.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkəmə belə qərar qəbul edib.
İş üzrə iddiaçı Nuridə Zülfüqarovadır. Zülfüqarova 2024-cü ildə “Liman Klinikası”nda cərrah Əfqan Ağagülov tərəfindən burun əməliyyatı olunub. Lakin əməliyyatdan sonra onun sol gözündə çəplik yaranıb.
Sonradan rayon prokurorluğunda araşdırma aparılsa da, yekunda cinayət işinin başlanmasından imtina edilib. Lakin məhkəmə-tibb ekspertizası əməliyyatın qüsurlu aparıldığını təsdiq edib.
Fotoda: Əfqan Ağagülov
İddiaçının vəkili Anar Məmişov ekspert rəyini də məhkəməyə təqdim edib. Bundan əlavə, vəkil əməliyyatdan sonra çəkilən xərcləri də sadalayıb. İddiaçı tərəf dəymiş zərərin əvəzi kimi konkret olaraq “Liman Klinikası”ndan və cərrah Əfqan Ağagülovdan 40 min manat maddi, 10 min manat mənəvi təzminat tələb edib.
Cavabdehlər isə təzminat tələbi ilə razılaşmayıb. Əfqan Ağagülovun sözlərinə görə, iddiaçı əməliyyatdan sonra düzgün müalicə olunmayıb, dərmanları qəbul etməyib. Bu səbəbdən də sonradan gözündə qüsur ortaya çıxıb.
Sumqayıt Şəhər Məhkəməsi yekunda iddia ərizəsini qismən təmin edib. Qərara əsasən, “Liman Qrup” MMC iddiaçıya maddi zərərə görə 28 574 manat, mənəvi zərərə görə isə 3 000 manat ödəməlidir. Həkim Əfqan Ağagülova qarşı iddia isə təmin edilməyib. Məhkəmə qeyd edib ki, həkim klinikanın işçisi olduğundan vurulmuş zərərə görə məsuliyyəti işəgötürən daşıyır.
Bu qərar apellyasiya və ali instansiya məhkəmələrində təsdiqlənib.
Qeyd edək ki, sözügedən şikayətlə bağlı “Qafqazinfo”ya zərərçəkənin qızı Ramilə Məmmədova 2 il əvvəl müraciət etmişdi. 54 yaşlı anasının II qrup əlil olduğunu vurğulayan övladı onun 35 ildən çox bağça müəllimi kimi fəaliyyət göstərdiyini qeyd etmişdi. Şikayətçi əməliyyatdan sonra yaranan problemlə bağlı həkimə müraciət etdiklərində onlara “gözləyin, düzələcək” cavabının verildiyini əlavə etmişdi.























































