Cavid Abdullayev: İlin sonunadək bir neçə bərpaolunan enerji stansiyası istismara veriləcək - AÇIQLAMA VİDEO
Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı selim-muslumovun-bu-evi-yari-qiymete-satisa-cixarildi
FHN daha bir təlim keçirdi
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin təşkilatçılığı ilə “Ağır yol-nəqliyyat və suda boğulma hadisəsinin nəticələrinin aradan qaldırılması zamanı qəza və axtarış-xilasetmə işlərinin təşkili, təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib.
“Qafqazinfo” xəbər verir ki, təlimə FHN-in Muğan Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupunun və “Salyan Mərkəzi Rayon Xəstəxanası” publik hüquqi şəxsin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının texnikası və şəxsi heyəti cəlb olunub.
Təlimin keçirilməsində əsas məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi və suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatlarının aparılması, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərin daha da təkmilləşdirilməsi olub.
Təlim zamanı şərti olaraq deformasiyaya uğramış avtonəqliyyat vasitələrindən “zərərçəkmişlər xilas edilib”, həmçinin “suda boğulma təhlükəsi ilə üzləşmiş şəxs” sudan çıxarılaraq “ilk yardım” göstərildikdən sonra aidiyyəti üzrə təhvil verilib.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.























































