VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Tramp bu barədə əmri Ankarada olarkən verib
ABŞ Prezidenti Donald Tramp İrana zərbələrin endirilməsi barədə əmri Türkiyədə olarkən verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti Barak Ravid Ağ Ev administrasiyasındakı mənbələrə istinadən “X”də məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ lideri NATO sammitində iştirak etmək üçün dünən səfər etdiyi Ankarada olarkən İrana zərbə endirmək planını təsdiqləyib və bununla bağlı əmr verib.
Bildirilir ki, Ağ Ev rəhbəri qərar qəbul etməzdən əvvəl Ankarada ABŞ Dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, maliyyə naziri Skott Bessent və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn ilə müşavirə keçirib.
Xatırladaq ki, dünən gecə saatlarında Hörmüz boğazı yaxınlığında Qətərə məxsus “Ər-Rukeyyat” adlı neft tankeri vurulub. İran tərəfi neft tankerini xəbərdarlıqlara əməl etmədiyinə görə vurduğunu açıqlayıb. Bundan sonra ABŞ İran ərazisinə zərbələr endirib. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) isə ABŞ-nin Bəhreyn və Küveytdə yerləşən 85 hərbi obyektinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb.
Qeyd edək ki, NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşü bu gün baş tutacaq.























































