ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Taleh Məmmədov: Zamin Fərzinin yeni təyinatı səhiyyəyə göstərilən etimadın ifadəsidir
İnsana xidmət ən ali missiyadır. Bu müqəddəs missiyanın uğurla davam etdirilməsi isə yalnız peşəkarlıq, yüksək idarəçilik bacarığı və insan sevgisi ilə mümkündür. Məhz belə keyfiyyətləri özündə birləşdirən Zamin Fərzinin "Şirvan Şəhər Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru vəzifəsinə təyin olunması böyük məmnunluq doğurur. Bu məsuliyyətli və şərəfli vəzifəyə təyinat ilk növbədə uzun illərin zəhmətinə, peşəkarlığa, qazandığı nüfuza və insanlara göstərdiyi fədakar xidmətə verilən yüksək dəyərin göstəricisidir.
Zamin həkim fəaliyyət göstərdiyi bütün dövrlərdə yüksək peşə hazırlığı, dürüstlüyü, sadəliyi və humanist yanaşması ilə fərqlənmiş, yüzlərlə ailənin ümid ünvanına çevrilmişdir. Onun üçün hər bir xəstə sadəcə müraciət edən şəxs deyil, sağlamlığı etibar olunmuş bir insandır. Məhz buna görə də insanların etimadını və sevgisini qazanmağı bacarmışdır.
Əminəm ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru kimi də o, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, müasir idarəetmə prinsiplərinin tətbiqi, kollektivdə sağlam iş mühitinin formalaşdırılması və vətəndaş məmnuniyyətinin artırılması istiqamətində mühüm uğurlara imza atacaqdır.
Rəhbər vəzifəsi yalnız idarəçilik deyil, həm də böyük məsuliyyət, düzgün qərarlar qəbul etmək bacarığı və insanlara qarşı həssas münasibət tələb edir. Zamin Fərzinin malik olduğu zəngin təcrübə, yüksək mənəvi keyfiyyətlər və təşkilatçılıq bacarığı bu məsuliyyətli missiyanı layiqincə yerinə yetirəcəyinə tam əminlik yaradır.
Şirvan şəhərinin səhiyyə sisteminin inkişafı, əhaliyə göstərilən tibbi xidmətlərin daha da təkmilləşdirilməsi və kollektivin uğurlarının davamlı olması naminə ona böyük nailiyyətlər arzulayıram.
Hörmətli Zamin həkim!
Sizi "Şirvan Şəhər Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru vəzifəsinə təyin olunmağınız münasibətilə səmimi qəlbdən təbrik edir, bu məsuliyyətli fəaliyyətinizdə möhkəm cansağlığı, tükənməz enerji, düzgün qərarlar, uğurlu islahatlar və yeni-yeni nailiyyətlər arzulayıram.
İnanıram ki, rəhbərliyiniz altında xəstəxana öz inkişafını daha da sürətləndirəcək, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyəti yüksələcək və bu müqəddəs ocaq insanların sağlamlığının keşiyində bundan sonra da layiqincə dayanacaqdır.
Yeni vəzifəniz mübarək, uğurlarınız daim bol olsun!
Hörmətlə, Məmmədov Taleh























































