Qax RİH-nin başçısı Elvin Paşayev: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ, TARİXİ YADDAŞDAN MÜASİR AZƏRBAYCANIN QÜDRƏTİNƏ DOĞRU
Yazı makinasından süni intellektə: Azərbaycanda özəl tibbin və tibbi maarifləndirmənin ilk şahidi – Dr. Davud Qüdrətovun xatirələri
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
Vətənpərvər iş adamı Eldəniz Zeynalov: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ: XALQIN TARİXƏ YAZDIĞI AZADLIQ SALNAMƏSİ!
Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
Lənkəran ŞİH başçısı Taleh Qaraşov: MİLLİ DİRÇƏLİŞ GÜNÜ – AZƏRBAYCANIN MÜSTƏQİLLİK YOLUNDA MİLLİ İRADƏNİN VƏ TARİXİ QƏTİYYƏTİN TƏNTƏNƏSİ
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
Azərbaycan Avropanın yaşıl enerji gələcəyinin etibarlı tərəfdaşlarından biri olacaq
SƏFƏRALİYEV QANBOY ƏHMƏDALI OĞLU – LAÇININ ALXASLI KƏNDİNİN VƏTƏN NAMİNƏ ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN İGİD OĞLU!
Əsabil Qasımov 5 milyonluq əmlakı ələ keçirib, indi də sahibini və mətbuatı susdurmağa çalışır
Səhər bu 5 qaydaya əməl edin, gününüz tam dəyişsin
Mütəxəssislər günə daha yaxşı başlamağın yollarını açıqlayıblar.
Sehiyye.info xəbər verir ki, psixoloqlar və davranış üzrə mütəxəssislər səhər saatlarında formalaşan vərdişlərin insanın gün ərzindəki əhvalına və emosional vəziyyətinə ciddi təsir göstərdiyini bildirirlər.
Onların fikrincə, oyandıqdan sonra özünü yorğun, əsəbi və ya narahat hiss edən insanlar bir neçə sadə addımla vəziyyəti yaxşılaşdıra bilərlər.
Mütəxəssislər yeni vərdişləri birdən-birə həyat tərzinə daxil etməyə çalışmamağı tövsiyə edirlər. Bunun əvəzinə səhər rutinlərinə qısa meditasiya, mütaliə, fiziki hərəkətlər və ya təbiəti izləmək kimi kiçik fəaliyyətlər əlavə etmək daha effektiv hesab olunur.
Eyni zamanda, oyanan kimi telefona baxmağın stress səviyyəsini artırdığı vurğulanır. Xəbərlərin, mesajların və sosial şəbəkələrin yoxlanılması günə mənfi təsirlə başlamağa səbəb ola bilər. Buna görə mütəxəssislər telefonun yataq otağından kənarda saxlanılmasını məsləhət görürlər.
Psixoloqlar daxili dialoqa da diqqət yetirməyi vacib sayırlar. Özünü tənqid etmək və ya qarşıdakı işlərlə bağlı mənfi düşüncələr qurmaq əvəzinə, insanın özünə dəstək verən ifadələrdən istifadə etməsi tövsiyə olunur.
Araşdırmalar göstərir ki, yaxın insanlarla qısa ünsiyyət, mesajlaşma və ya onlar haqqında xoş düşüncələr də əhval-ruhiyyəni yaxşılaşdırır.
Mütəxəssislərin fikrincə, günə minnətdarlıq hissi ilə başlamaq da psixoloji sağlamlığa müsbət təsir göstərir. Ailə, sağlamlıq, iş və ya həyatdakı digər müsbət məqamlar haqqında düşünmək insanın diqqətini neqativdən uzaqlaşdırır və günə daha pozitiv köklənməsinə kömək edir.//nevs24























































