Əsabil Qasımov 5 milyonluq əmlakı ələ keçirib, indi də sahibini və mətbuatı susdurmağa çalışır
BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
12 NOYABR – KONSTİTUSİYA GÜNÜ: MÜSTƏQİL AZƏRBAYCANIN HÜQUQİ TƏMƏLİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ MİLLİ SUVERENLİYİNİN TƏNTƏNƏSİ
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
Gümrah olmaq üçün bunları edin
Səhərləri yorğun oyanmağın və özünüzü gün ərzində həvəssiz, halsız hiss etməyin bir çox səbəbi ola bilər. Bu səbəblər arasında yuxusuzluq, iş stresi və düzgün qidalanmamaq kimi hallar böyük rol oynayır.
“Qafqazinfo” özünüzü gümrah hiss etmək üçün bəzi tövsiyələri təqdim edir.
Sağlamlığımızın və enerji qaynağımızın ən vacib hissələrindən biri istehlak etdiyimiz qidalardır. Başqa sözlə, sağlam və balanslı qidalanma ilə enerji səviyyəmizi tarazlaya bilərik. Mütəxəssislərin fikrincə, günə fit və xoşbəxt başlamağın səhər yeməyi ilə əlaqəsi çoxdur. Enerjinizi qorumaq üçün səhər yeməyinizi mütləq edin.
Araşdırmalara görə, aktiv və mütəmadi olaraq idman edən insan orqanizmi adrenalin ifraz edərək bədəndə ağrı, yorğunluq, sıxıntı və stress kimi emosional vəziyyətlərin qarşısını alır. Özünüzü çox yormamaq şərti ilə gəzintilər və ya evdə edilə bilən sadə məşqlərlə başlaya bilərsiniz. Səhər oyandığınız zaman məşq rejimi və ya nahardan sonra qısa bir gəzinti enerjinizi yüksək saxlamağa kömək edəcək. Gün ərzində hətta fasilələrlə hərəkət etmək enerji səviyyənizi tarazlaşdırır.
Yuxu sağlamlığınız üçün düzgün qidalanma və idman qədər vacibdir. Digər fəaliyyətləriniz üçün yer açmaq üçün yuxunu kənara atmayın. Hər gecə yeddi saatdan az yatmaq yorğunluğun ən çox yayılmış səbəbidir.
Dehidrasiya (kifayət qədər su içməmək) yuxululuğun, yorğunluğun və əsəbiliyin artmasına səbəb ola bilər. Gün ərzində müntəzəm su istehlakı yorğunluğu azaldır və bədəninizi canlandırır.
Şəhər həyatının gərgin təlaşının içində bir müddət dayanıb dincəlmək və təmiz hava almaq yorğunluğunuzu atmaq üçün faydalı ola bilər. Çalışın qısa müddətlik də olsa, təbiətdə vaxt keçirin. Bu sizi bir müddət enerji ilə təmin edə bilər. Hər gün 40-45 dəqiqə gəzməklə enerjinizi saxlaya bilərsiniz.
Enerjinizi yüksək saxlamaq özünüzü fit, sağlam və yaxşı hiss etməyin açarıdır. Bütün bunları etdikdən sonra hələ də özünüzü yorğun, enerji çatışmazlığı və pis əhval-ruhiyyədə hiss edirsinizsə, həkimə müraciət edin. B12, dəmir, maqnezium çatışmazlığı və ya hər hansı sağlamlıq problemləri də yorğunluğa səbəb ola bilər.























































