Göylərə yazılan ad: Milli qəhrəman Aleksandr Kalyaninovun doğum günündə xatirəsinə hörmətlə
Heydər Əliyev irsinə sadiqlik – Günay Muradovanın dərin hörmət və minnətdarlıq duyğuları
Yolumuzun Memarı – Etibar Kərimovun Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ehtiramı
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Ulu Öndərin Əbədi İşığı – Gülnara Həmidovanın Heydər Əliyev xatirəsinə həsr olunmuş dərin hörmət və ehtiramı
Ədalət Hacıyev: “12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür – Azərbaycan tarixində böyük zirvə”
Mehman Qəhrəmanov: 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür - Xalqın qəlbində əbədiyaşar LİDER
İş adamı Cəbrayıl Cəbrayılov: Heydər Əliyev – Müstəqil Azərbaycanın şərəfli yolunu işıqlandıran DAHİ LİDER
Amil Bağıyev: 12 Dekabr – Ulu Öndər Heydər Əliyevin anım günüdür. “Xalqın qədirbilənliyinin təntənəsi”
Rasim Nurullayev: Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin möhkəm təmini və xalqın ümid mənbəyi
Teymur Hacıyev: Heydər Əliyevin əbədi xatirəsi – Müstəqil Azərbaycanın parlaq yolunu nurlandıran DAHİ ŞƏXSİYYƏT
Vüqar Babayevin peşəkarlığı və Anar Bağırovun vəkillik institutunun inkişafına töhfələri
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı: Enerji təhlükəsizliyi və yeni qlobal imkanlar
Payız depressiyası - Necə xilas olaq?
Payız küləyi ilə ətrafa uçuşan yarpaqlar və tükürpədən meh…
Əksər insanlar üçün payız yeni başlanğıclar mövsümüdür, lakin təəssüf ki, günəşin erkən batması ilə bir çox insanın bioloji tarazlığı qaçılmaz olaraq pozulur və buna mövsümi depressiya da deyirlər. İlin bu fəsli bəziləri üçün depressiya, tənhalıq və həvəsin azalması kimi hisslər gətirir.
“Qafqazinfo” sizi mövsümi depressiyadan uzaqlaşdıracaq bəzi fikrləri təqdim edir.
Hər mövsümün təqdim etdiyi gözəlliklər müqayisə olunmayacaq dərəcədə unikaldır. Yayda stresi yatıran möhtəşəm dəniz, qum və günəş həyatımıza təsirini itirdiyi üçün payızda stres daha çox hiss edilir. Bunun üçün ən yaxşı və motivasiyaedici iş, yay gözəlliklərinə diqqət etdiyimiz kimi, payızın gözəlliklərinə diqqət yetirməkdir.

Mövsümi keçidlər zamanı bir çox insan şirin və karbohidratla zəngin qidalar qəbul edərək özünü daha xoşbəxt hiss etməyə çalışır. Lakin bu xoşbəxtlik qısa çəkir və artıq çəki olaraq geri qayıdır. Daha çox vitamin və zülal əsaslı qidalar istehlak etsəniz, həm fiziki, həm də ruhi sağlamlığınızı qoruya bilərsiniz. Çalışın meyvə-tərəvəzə üstünlük verin.

Stressli iş həyatından və ya gündəlik təlaşdan bir müddət uzaqlaşmaq enerjinizi yeniləmək üçün kifayət edə bilər. Həmişə görmək istədiyiniz uzaq bir ölkəyə səyahət və ya həftə sonu olsa belə, özünüz üçün qısa, lakin keyfiyyətli bir tətil planlaşdıra bilərsiniz. Bu qaçış əhvalınızı anında dəyişəcək və sizi qış aylarına hazırlayacaq.
Hər gün 30-45 dəqiqə açıq havada gəzin. Payızın sərin havasından həzz alın. Özünüzə vaxt ayırın. Konsert və ya teatr kimi bədii tədbirlərdə iştirak edin. Hava şəraitinin açıq havada uzun gəzintilərə çıxmağınıza mane olmasına imkan verməyin.

Tez-tez dəyişən düşüncə tərzi ilə klassik düşüncə tərzindən uzaqlaşın. Fiziki və mənəvi istirahəti təmin edəcək fəaliyyətlərlə özünüzü daha yaxşı hiss edəcəksiniz.
Yanında özünüzü xoşbəxt hiss etdiyiniz insanlarla çox vaxt keçirin. Birlikdə mütaliələr edin, musiqilər dinləyin. Bunlardan başqa fiziki fəallığı artırmaq, hərəkət etmək payız depressiyasından xilas olmağın ən yaxşı üsullarından sayılır.

Depressiyadan və mənfi əhval-ruhiyyədən qurtulmağın ən təsirli yollarından biri mütləq xoşbəxtliyi hiss etməkdir. Gülüş ən güclü dərmanlardan biridir. Güləndə sadəcə sevincli anı yaşamırsan. Bədəninizdə müsbət kimyəvi reaksiya da toplanır. Endorfinlərin, yəni xoşbəxtlik hormonlarının ifrazı ilə stress hormonu kortizolun səviyyəsi azalır və özünüzü daha rahat hiss edirsiniz. Tədqiqatlar göstərir ki, gülüş narahatlığı azaltmaq, immunitet sistemini gücləndirmək və əhvalınızı dərhal yüksəltmək gücünə malikdir. Sizi xoşbəxt edəcək film və ya serial izləməyi və ya şən podkastları dinləməyi seçə bilərsiniz.























































