18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Günə motivasiya ilə başlayın
Motivasiya uğurlu və xoşbəxt bir həyat üçün ən vacib şeylərdən biridir. Uğurlu nəticələr əldə etmək (xüsusilə iş həyatında), eləcə də ən pis vəziyyətlərdə problemləri aradan qaldırmaq üçün özümüzü düzgün motivasiya etməliyik.
“Qafqazinfo” motivasiya ilə bağlı bəzi tövsiyələri təqdim edir:
Hər gün yeni başlanğıclar üçün şansdır. Ona görə də əvvəlki gün nə qədər pis keçsə də, ertəsi günə sanki yeni və xoş şeylər olacaqmış kimi başlamalısınız. Həyatın qısa olduğunu və hər gün reallaşdıra biləcəyiniz müxtəlif işlərin olacağını unutmayın.
Ofisinizdə, evdə və pul kisənizdə arzularınızı və məqsədlərinizi xatırladacaq qeydlər, simvollar saxlayın. Bu sayədə yaşadığınız hər vəziyyətdə özünüzü görəcəyiniz işlər üçün motivasiya edə biləcəksiniz.
Bilikli və ondan nəsə öyrənə biləcəyiniz birini nümunə seçin. Seçdiyiniz örnək, hörmət etdiyiniz və gələcəkdə belə olmaq istədiyiniz biri olmalıdır. Əgər yaxınınızda belə bir insan yoxdursa, siz də uğurlu liderləri, məşhurları, elm adamlarını nümunə götürə bilərsiniz.
Bir çox fərqli kitabda və ya filmdə sizi ruhlandıracaq və motivasiya edəcək minlərlə fərqli sitatlar var. Xüsusilə internetdən istifadə etməklə bu sitatları çox qısa müddətdə tapa bilərsiniz. Bu sitatları ən mənfi anlarda oxuduğunuzda, içində olduğunuz vəziyyəti dəyişdirmək üçün güc tapmağınıza kömək edəcək.
Etmək istədiyiniz və ya əldə etdiyiniz nailiyyətləri istədiyiniz kimi yerinə yetirdiyiniz zaman özünüzü mükafatlandırın. Mükafatın məzmunu tamamilə sizə bağlıdır. Qısa bir səfərə çıxa, sevdiklərinizlə yemək yeyə və ya özünüzə gül ala bilərsiniz.
Hədəfinizi, qət etdiyiniz yolu, prosesləri, müsbət-mənfi vəziyyətləri analiz etməlisiniz. Heç bir şeyə kor-koranə qərar verməyin.
Musiqiyə qulaq asmaq sizi həyəcanlandırır, sakitləşdirir, bəzən isə kədərləndirir. Əslində bilmədiyiniz halda sizi motivasiya edə bilər. Edəcəyiniz fəaliyyətə uyğun mahnıları dinləmək bunlara nail olmaqda sizə kömək edəcək, ruhlandıracaq.
Ətrafınıza baxmalı və sahib olduğunuz şeylərin qədrini bilməlisiniz. Eviniz, işiniz, ailəniz və ya bir çox müxtəlif şeylər əslində sizin üçün xoşbəxtlik mənbəyi olmalıdır. Pis şeylərə görə kədərlənmək əvəzinə, sahib olduğunuz şeylərə görə minnətdar olmalısınız. Beləliklə, həyatdan zövq alacaqsınız





















































