İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
İbrahim Cəfərov – Azərbaycan aqrar elminin inkişafına töhfə verən alim və təşkilatçı
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Səni tanımaq bizə çox xoş oldu, əziz QARDAŞIMIZ!
Bu gün Hürü Hacızadə olaraq hiss və duyğularımın dili ilə danışmaq istəyirəm. Ürək danışanda dil susmalıdır. Mən bir qəhrəman Vətən oğlunun, Musa Hacıyevin bacısıyam. Qardaşım Musa vəzifəsini qoyaraq vətən borcunu üstün tutdu. 1992-ci ilin könüllüsü oldu. Qazi oldu. Qələbəmizi görmək onun da döyüşçü kimi haqqı idi. Düz qələbəmizdən 1 il əvvəl, 2019-cu ildə dünyasını dəyişdi. Bizim dünyamız da Musasız dəyişdi. Lakin mən, mənim anam heç bir şəhidin və qazinin anasından, bacısından, yoldaşından... artıq deyilik. Allahın hökmü beləymiş. İllər sonra həyatımda bir günəş parladı. Bu da Allahın bir lütfüdür. Mən səni tanıdım, qəhrəman qardaş. Eynən Musanın xarakterini, xasiyyətini özündə ehtiva edən mənim əziz qardaşım XTQ-nin Baş giziri Şərafəddin Xankişiyev. Mən elə bilirdim ki, Musa kimi oğul bu dünyaya tək gəldi, tək də getdi. Tanrımdan üzr istəyirəm. Sən demə var imiş... Mərd, cəsur, ləyaqətli, şərəfli, sadə, təəssübkeş, sözübütöv, namuslu, qeyrətli Vətən oğlu. Ömrünün sırf 23 ilini Azərbaycanın azadlığı üçün ləyaqətlə, dəyanətlə xərcləyən, ölümün üzünə dik baxan cəsur kəşfiyyatçı. Şair dostumuz Hidayət Ölməzin şeirinin dili ilə desək "Gəzən şəhidimiz Şərafəddin Sərdar oğlu Xankişiyev". Ömrünü Astarada başlayıb, Vətən mücadiləsini Azərbaycanın döyüş gedən hər bir bölgəsində qəhrəmanlıqla davam edən bir Vətənpərvər. O, vətəni üçün çox işlər gördü. Qəribə bir tandem var. Əgər şəhid deyilsənsə deməli... Amma Tanrı özü bilər, kimə hansı missiyanı yazır. Şərafəddin Xankişiyev bu həyata ulu bir missiya ilə gəldi. Döyüşçü və kəşfiyyatçı olaraq qəhrəmanlıq yolunu bariz nümunə olaraq Azərbaycan xalqına və gəncliyinə göstərmək. O canlı tarixdir. Şərafəddinin şərəfli və çətin döyüş yolunu yazan və incələyən insan olaraq ləyaqətimizə and içirik. Şərafəddin kimi oğullar Azərbaycan hərb tarixinə bir uduşdur. Şərafəddin qeyrət mücəssiməsidir. Şərafəddin şərəf mücəssiməsidir. Şərafəddin böyük bir tarixdir. Şərafəddin tarix yazan bir qəhrəmandır. Biz Fərid qardaşınla səni qəlbimizə yazmışıq. Sən bizim qəlbimizin sarı siminin insanısan. Bir qəhrəman Kişinin nümunəvi həyatını yazıb cəmiyyətə göstərməklə demək istəyirik. Şərafəddin kimi yaşamaq çox çətindir. Lakin Şərafəddinin keçdiyi o ağır döyüş yolunu öyrənin. Bu bariz nümunəni həyatınıza daxil edin. Ən azı ona görə ki, Vətəni sevmək, ananı sevmək, bacını sevmək, övladı sevmək... deməkdir.
Səni sevən və səninlə fəxr edən bacın Hürü və qardaşın Fərid.
Bayramın mübarək əziz QARDAş!























































