VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Uşağın fikri vacibdir. Amma son sözü məhkəmə deyir.
Boşanma və ya valideynlər arasında yaranan mübahisələr zamanı ən çox verilən suallardan biri budur:
"Uşaq kimin yanında qalmaq istəyirsə, məhkəmə həmin qərarı verməlidirmi?"
Bir çox insanlar hesab edir ki, müəyyən yaşa çatdıqdan sonra uşağın seçimi hər şeyi həll edir. Əslində isə məsələ bir qədər fərqlidir.
Qanunvericilik və məhkəmə təcrübəsi uşağın fikrinin öyrənilməsini vacib hesab etsə də, məhkəmə qərar qəbul edərkən yalnız bu amilə əsaslanmır.
Məhkəmə ilk növbədə uşağın mənafeyini nəzərə alır.
Bu zaman aşağıdakı məsələlər araşdırılır:
Uşağın yaşayış şəraiti;
Təhsil və inkişaf imkanları;
Valideynlərin uşağa münasibəti;
Uşağın emosional bağlılığı;
Valideynlərin tərbiyə imkanları;
Uşağın təhlükəsizliyi və rifahı.
Bəzən uşaq bir valideynlə qalmaq istədiyini bildirə bilər. Lakin araşdırma nəticəsində məlum ola bilər ki, digər valideyn onun inkişafı və təhlükəsizliyi üçün daha əlverişli şərait yaradır. Belə hallarda məhkəmə uşağın bildirdiyi fikirdən fərqli qərar qəbul edə bilər.
Bu o demək deyil ki, uşağın fikri əhəmiyyətsizdir.
Əksinə, uşağın fikri mühüm sübutlardan biri hesab olunur. Sadəcə olaraq bu fikir digər hallarla birlikdə qiymətləndirilir.
Məhkəmənin məqsədi valideynlərdən birini qalib, digərini məğlub etmək deyil.
Məqsəd uşağın maraqlarını və gələcəyini qorumaqdır.
Ona görə də valideynlər belə mübahisələrdə "uşaq məni seçib" arqumentindən daha çox, uşağın normal inkişafı üçün hansı şəraiti yaratdıqlarını düşünməlidirlər.
Unutmayaq ki, ailə mübahisələrində əsas tərəf valideynlər deyil, uşaqdır.
Hüquqşünas Zaur Quliyev
Ailənizin hüquqlarını qorumaq üçün.























































