Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Yaponiya zəlzələ zamanı sürüşüb
Elmi araşdırmalar 2011-ci ildə Yaponiyada baş verən dağıdıcı Tohoku zəlzələsinin yalnız yeraltı deyil, həm də səth səviyyəsində ölçülə bilən kiçik tektonik dəyişikliklərə səbəb olduğunu üzə çıxarıb.
“Qafqazinfo” xəbər verir ki, Çikaqo Universitetindən seysmoloq Sunyonq Parkın rəhbərlik etdiyi tədqiqat qrupu zəlzələ zamanı yaranan seysmik dalğalardan birinin Yer mantiyasının dərin qatlarına enərək, nüvə-mantiya sərhədindən əks olunduğunu və bu prosesin Yaponiyanın yerləşdiyi tektonik lövhədə mikroskopik yerdəyişməyə təsir etdiyini müəyyən edib.
Araşdırma nəticələrinə əsasən, GPS stansiyaları zəlzələ anında bəzi bölgələrdə torpağın təxminən 5-6 millimetr şərq istiqamətində sürüşdüyünü qeydə alıb. Alimlər bu dəyişimin adi zəlzələ sonrası qısamüddətli titrəmədən fərqli olaraq, daha davamlı tektonik təsir daşıya biləcəyini bildirirlər.
Qeyd edilir ki, seysmik dalğalardan biri – “ScS” kimi tanınan dalğa Yer nüvəsinə qədər enərək geri qayıdıb və artıq gərginlik altında olan lövhə sərhədlərinə əlavə təzyiq göstərib. Bu isə geniş əraziyə yayılan, lakin hiss olunmayan mikroyerdəyişməyə səbəb olub.
Tədqiqatçılar bildirirlər ki, bu təsirin ümumi enerji miqyası bəzi hesablamalara görə 7,5 bal gücündə zəlzələyə bərabər olsa da, səthdə ayrı bir zəlzələ kimi deyil, yalnız incə tektonik dəyişiklik kimi qeydə alınıb.
Nəticələr “Journal of Geophysical Research: Solid Earth” jurnalında dərc olunub.























































