Vətənə və dövlətə bağlı sahibkarlığın nümunəsi – Minera Group şirkətlər qrupunun təsisçisi və rəhbəri Xudaqulu Rzayev
Həkim Pərvaz Kişiyevin fəaliyyəti ilə bağlı suallar cavabsız qalır – rəsmi qurumların susqunluğu ictimai narahatlıq yaradır
Xudayar Rəhimov – Cəlilabadın yol təsərrüfatının inkişafına töhfə verən rəhbər, şəhid ailələri və qazilərin yaxın dostu
İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
19 gündə 12 nəfər batıb - Rəsmi
Fövqəladə Hallar Nazirliyi (FHN) qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, müraciətdə deyilir:
“FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə bildirməliyik ki, yenə də bəzi vətəndaşlar, o cümlədən uşaq və yeniyetmələr tərəfindən çimərlik kimi nəzərdə tutulmayan kanal, çay, arx, süni göl və digər su hövzələrindən çimərlik kimi istifadə faktlarına rast gəlinir ki, bu da bir sıra hallarda acı nəticələrə gətirib çıxarır.
Belə ki, iyun ayının 1-dən bugünə qədər bu kimi qeyri-çimərlik ərazilərdə 12 nəfərin bataraq ölməsi faktı qeydə alınıb.
Nəzərə alınmalıdır ki, çimərlik üçün nəzərdə tutulmayan kanal, arx, çay, göl və digər su hövzələrinin təhlükəli sualtı relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən yayda sərinləmək məqsədilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır.
Qeyd olunanlarla bağlı FHN bir daha əhaliyə, xüsusilə valideynlərə müraciət edərək, uşaq və yeniyetmələrin nəzarətsiz qoymamağa, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə və çimərlik kimi nəzərdə tutulmayan su hövzələrindən istifadə etməməyə çağırır”.























































