31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
İSMAYIL ZALOV: AZƏRBAYCANDA SÖZ AZADLIĞI, DEMOKRATİYA VƏ İNSAN HÜQUQLARININ QORUNMASI DÖVLƏT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR
“İki həftə ərzində tam qələbə elan edəcəyik”
“İki həftə ərzində İrana qarşı tam qələbə elan edəcəyik”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp respublikaçı senator Lindsi Qremin seçki kampaniyası çərçivəsində təşkil olunan telekonfransda çıxışı zamanı deyib.
O, İranla bağlı danışıqlar prosesinin uğurla davam etdiyini və yaxın vaxtlarda mühüm nəticələrin əldə olunacağını dilə gətirib.
Tramp ABŞ administrasiyasının İran məsələsində yaxşı mövqedə olduğunu vurğulayıb.
“Biz çox güclü komandayıq və düşünürəm ki, bu qarşıdurmada üstünlük əldə edirik. Növbəti iki həftə ərzində tam qələbə elan etdiyimiz zaman, həqiqətən, qalib gələcəyik”, - ABŞ Prezidenti deyib.
Tramp İranla bağlı razılaşma prosesinin müsbət istiqamətdə irəlilədiyini qeyd edərək, məsələnin yaxın zamanda həll oluna biləcəyini bildirib.
ABŞ lideri həmçinin İranla bağlı proseslərin ölkə iqtisadiyyatına da müsbət təsir göstərəcəyini söyləyib. Onun sözlərinə görə, əldə olunacaq nəticələr ABŞ-də enerji bazarına təsir edəcək və benzin qiymətlərinin aşağı düşməsinə kömək göstərəcək.























































