Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: Milli mətbuat dövlətçiliyimizin, milli həmrəyliyimizin və ictimai inkişafımızın etibarlı dayağıdır
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
“Döyüş başlıqları anbarlardan çıxarılır” - SIPRI-dən həyəcan təbili
Dünyanın nüvə silahına malik ölkələri döyüş başlıqlarını anbarlardan çıxararaq raketlərə və digər daşıyıcı sistemlərə yerləşdirməyə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsveçdə yerləşən Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) illik hesabatında bildirilir.
Hesabata görə, hazırda dünyada təxminən 12 min 187 nüvə döyüş başlığı mövcuddur. Onlardan 9 min 745-i istifadəyə hazır vəziyyətdə anbarlarda saxlanılır.
SIPRI qeyd edir ki, ötən illə müqayisədə nüvə başlıqlarının ümumi sayı bir qədər azalsa da, bu, əsasən köhnə silahların istismardan çıxarılması ilə bağlıdır. İnstitut xəbərdarlıq edir ki, yaxın illərdə bu azalma tendensiyası dayana və hətta əks istiqamətə dəyişə bilər.
SIPRI-nin direktoru Karim Haqqaq bildirib ki, nüvə silahlarının ümumi sayının azalmasına baxmayaraq, qlobal nüvə təhlükəsi və risk səviyyəsi artır.
Onun sözlərinə görə, silahlara nəzarət mexanizmlərinin zəifləməsi və nüvə dövlətləri arasında rəqabətin güclənməsi beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid yaradır.
Hesabatda vurğulanır ki, son illərin ən diqqətçəkən tendensiyalarından biri nüvə silahlarının sadəcə anbarlarda saxlanılmaması, aktiv şəkildə raket sistemlərinə inteqrasiya edilməsidir. Bu isə istifadəyə hazır nüvə silahlarının sayının artmasına gətirib çıxarır.
Məlumata görə, ABŞ və Rusiya dünyanın nüvə arsenalının təxminən 83 faizinə nəzarət edir. Hər iki ölkənin 5 mindən çox nüvə döyüş başlığına malik olduğu təxmin edilir. Bununla yanaşı, həm Vaşinqton, həm də Moskva nüvə arsenalının modernləşdirilməsi prosesində müxtəlif çətinliklərlə üzləşir.
SIPRI bildirir ki, ABŞ-nin nüvə modernləşdirmə proqramı artan xərclər və büdcə problemləri səbəbindən gecikir. Rusiyanın proqramına isə uğursuz raket sınaqları və Ukrayna müharibəsi ilə əlaqədar tətbiq olunan sanksiyalar təsir göstərir.
Hesabatda Çinin nüvə potensialını ən sürətlə artıran ölkə olduğu qeyd edilir. İnstitutun hesablamalarına görə, Pekinin hazırda təxminən 620 nüvə döyüş başlığı var. Mövcud artım tempi davam edərsə, Çin 2030-cu ilə qədər qitələrarası ballistik raketlərin sayına görə ABŞ və Rusiyaya yaxınlaşa bilər.
Avropada Fransanın təxminən 290, Böyük Britaniyanın isə 225 nüvə döyüş başlığına sahib olduğu bildirilir. SIPRI Londonun yaxın illərdə arsenalını genişləndirəcəyini proqnozlaşdırır. Fransa Prezidenti Emmanuel Makron da ölkənin nüvə potensialının gücləndirilməsi ilə bağlı göstəriş verib.
Asiyada isə Hindistanın arsenalının 190, Pakistanın isə 170 döyüş başlığına çatdığı təxmin edilir. Pakistanın gələcək illərdə nüvə arsenalını daha da artıracağı istisna edilmir.
SIPRI həmçinin Şimali Koreyanın nüvə proqramını genişləndirməyə davam etdiyini qeyd edib. Hesablamalara görə, Pxenyanın təxminən 60 nüvə döyüş başlığı var.
Rəsmi olaraq nüvə silahına malik olduğunu təsdiqləməyən İsrailin də arsenalını modernləşdirdiyi ehtimal edilir. İnstitut hesab edir ki, İsrail təxminən 90 nüvə döyüş başlığına sahibdir.























































