Fərid Ərşadlı – Sumqayıtın müasir şəhərsalma simasına yeni nəfəs gətirən baş memar
Məramı xoş, niyyəti xoş, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunur...
MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
ADSEA Xankəndidə 3 mindən çox abonentə xidmət göstərir
İşğaldan azad edilmiş ərazilərdə ən böyük su təchizatı sistemlərindən biri Xankəndi şəhərində fəaliyyət göstərir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Bildirilib ki, şəhər Xəlfəli çayı, magistral su kəmərləri və 15 subartezian quyusu vasitəsilə su ilə təmin olunur.
“Xankəndidə 104 kilometr uzunluğunda su şəbəkəsi, sutkalıq gücü 16 min kubmetr olan iki sutəmizləyici qurğu, 15 min kubmetr tutumlu su anbarları və 67 kilometr kanalizasiya şəbəkəsi istismar edilir.
Hazırda şəhərdə 3 264 abonentə xidmət göstərilir. Şuşada isə Kiçik Kirs və Zarıslı su mənbələrindən qidalanan sistem vasitəsilə şəhərin su təminatı həyata keçirilir. Burada 34,5 kilometr su şəbəkəsi, 27,5 kilometr kanalizasiya xətti və sutkalıq məhsuldarlığı 5 min kubmetr olan sutəmizləyici qurğu fəaliyyət göstərir. Şuşada 535 abonent və 30 istehlakçı su xidmətlərindən istifadə edir.
Xocalı, Əsgəran, Xocavənd, Hadrut və Ağdərə yaşayış məntəqələrində də mövcud su mənbələri bərpa olunub, yeni su xətləri çəkilib, əlavə subartezian quyuları qazılıb və tullantı sularının təmizlənməsi üçün müasir qurğular quraşdırılıb. Hazırda regionun şəhər və qəsəbələrində dövlət qurumları, təşkilatlar və məskunlaşmış əhali üçün dayanıqlı su təchizatı xidmətləri təmin edilir”, - məlumatda qeyd edilib.
Nuranə Daxilqızı


























































.png)
.png)
