Ölkə rəhbərinin qətiyyətli mövqeyi Azərbaycanın beynəlxalq nüfuzunun bariz ifadəsidir
Taleh Məmmədov: Zamin Fərzinin yeni təyinatı səhiyyəyə göstərilən etimadın ifadəsidir
Elmə və təhsilə həsr olunan mənalı ömür – El ağsaqqalı Soltanağa Cəfərovun 76 illik yubileyi münasibətilə təbrik
Rubio ABŞ-ın Azərbaycanla əməkdaşlığı möhkəmləndirməkdə maraqlı olduğunu bəyan edib
Amerika Birləşmiş Ştatları Azərbaycanla tərəfdaşlığın daha da möhkəmləndirilməsində maraqlıdır və Cənubi Qafqazda dayanıqlı sülhə sadiqliyi alqışlayır.
Qaynarinfo-nun məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubionun 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqınına təbrikində deyilir.
Təbrik ABŞ Dövlət Departamentinin rəsmi saytında dərc edilib.
"Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Son bir il ərzində münasibətlərimizi strateji tərəfdaşlığa yüksəltdik və bu, vitse-prezident Cey Di Vens və Prezident İlham Əliyev tərəfindən Bakıda Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ilə nəticələndi.
Biz regional infrastrukturun, iqtisadi əlaqələrin və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi yolu ilə tərəfdaşlığımızın daha da güclənəcəyinə ümid edirik.
Amerika Birləşmiş Ştatları Azərbaycanın Cənubi Qafqazda davamlı sülhə sadiqliyini alqışlayır və bu səylərdə əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyir. Qarşıdan gələn ildə və sonrakı illərdə tərəfdaşlığımızı dərinləşdirməyi səbirsizliklə gözləyirik", - təbrikdə deyilir.























































