Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
Elin dualarında yaşayan ömür: Ağa İlqar Kazımovun nəcib missiyası
Dünyada hər şey gəldi-gedərdir, amma insandan geriyə qalan, yaddaşlara həkk olunan yalnız onun xeyirxah əməlləri, bir də ehtiyacı olan kimsələrə uzatdığı təmənnasız kömək əlidir. Bu gün Lənkəranın Osakücə elində, eləcə də ətraf kəndlərdə adı hörmətlə, ehtiramla çəkilən bir insan var: Ağa İlqar Kazımov. O, təkcə xeyriyyəçi deyil, həm də mənəvi dəyərlərimizin, humanist təşəbbüslərin yorulmaz daşıyıcısı və hamisidir.
Ağa İlqar Kazımov növbəti dəfə öz nəcib missiyasını yerinə yetirərək, böyük bir insanpərvərlik nümunəsi nümayiş etdirib. Həmin günlərdə iş qrafiki ilə əlaqədar kənddə ola bilməsə də, onun böyük ürəyi, el-obaya olan tükənməz sevgisi və birbaşa maliyyə dəstəyi sayəsində bu xeyirxah təşəbbüs yüksək səviyyədə baş tutub. O, məsafələrin xeyirxahlığa mane ola bilməyəcəyini bir daha sübut edərək, Osakücə ərazi dairəsi üzrə icra nümayəndəsi Ramin Dövlətovun təşkilatçılığı ilə birgə, kənd sakinlərinin ürəyinə yol tapan növbəti xeyriyyə tədbirini reallaşdırıb.
Şəhid Ailələri – Bizim Baş Tacımızdır!
Ağa İlqar Kazımovun bu nəcib addımının ən ali və duyğulu məqamı Vətən uğrunda canını fəda etmiş, bizlərə bu gün sülh və qələbə sevinci bəxş edən qəhrəman şəhidlərimizin ailələrini yad etmək oldu. Onun ayırdığı diqqət və dəstək sayəsində hər bir şəhid ocağının qayğıları və ehtiyacları ilə yaxından maraqlanılıb.
Şəhid ailələrinə göstərilən bu xüsusi diqqət sadəcə bir yardım deyil, onların müqəddəs xatirəsi qarşısında baş əymək, "Siz tək deyilsiniz, harada olmasından asılı olmayaraq, bu elin fədakar oğulları hər zaman yanınızdadır" ismarıcını vermək idi.
Aztəminatlı Ailələrə Ümid və Sevinç Payı
Bu savab missiyanın digər bir qolu isə kənddə yaşayan, dəstəyə ehtiyacı olan aztəminatlı ailələri əhatə etdi. Müqəddəs Qurban bayramı günlərində Ağa İlqar Kazımovun tam maliyyə dəstəyi ilə qurbanlar kəsildi və paylar hər bir ehtiyac sahibi ailəyə çatdırıldı. Bu humanist addım ailələrin süfrələrinə bərəkət, qəlblərinə isə əsl bayram sevinci bəxş etdi. Çünki Ağa İlqar Kazımov yaxşı bilir ki, əsl zənginlik və insanlıq paylaşmağı bacaran qəlbdədir.
"Ağa İlqarın özü kənddə olmasa da, xeyirxah əli, dayağı hər zaman üzərimizdədir. Onun bu dəstəyi kəndimizə ruzi, ümid və təbəssüm gətirdi," – deyə kənd sakinləri öz dərin minnətdarlıqlarını ifadə ediblər.
Sözardı
Bu cür addımlar cəmiyyətdə həmrəylik, xeyriyyəçilik və birliyin ən gözəl aynasıdır. Göstərdiyi yüksək təşkilatçılığa və koordinasiyaya görə icra nümayəndəsi Ramin Dövlətova və özü kənddə olmasa da, bütün maliyyə yükünü öz üzərinə götürərək doğma torpağın insanlarına hər zaman dayaq olan Ağa İlqar Kazımova sonsuz təşəkkürlər düşür.
Elin duası mənzilə yetişər, deyirlər. Uca Tanrı kəsilən qurbanları, edilən duaları və bu nəcib yolda atılan hər bir addımı qəbul eləsin!
Zahid Həbiboğlu, müstəqil araşdırmaçı, AJB- nin üzvü





















































