Menu
Xəbər Lenti
Salam, Torpaq Kişilər...
26-05-2026, 16:08

Salam, Torpaq Kişilər...

Tapdıq Əlibəyli- 65
25-05-2026, 20:22

Tapdıq Əlibəyli- 65

28 May 2026 12:00Manşet / Gündəm / Sosial

Shirvan Operating Company Ltd Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədov: "28 May - Müstəqillik Gününüz mübarək!"

 

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində 28 May tarixi xüsusi əhəmiyyətə malikdir. Bu müqəddəs tarix xalqımızın azadlıq, istiqlal və milli iradəsinin təntənəsi kimi yaddaşlara həkk olunmuşdur. 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə Şərqdə ilk demokratik respublikanın əsası qoyulmuş, xalqımızın müstəqillik arzuları gerçəyə çevrilmişdir. Bu şanlı tarix bu gün də hər bir azərbaycanlının qəlbində böyük qürur hissi ilə yaşayır.


Shirvan Operating Company Ltd Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədov 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edərək bildirir ki, müstəqillik hər bir xalqın ən böyük sərvəti, milli varlığının əsas dayağıdır. O qeyd edib ki, Azərbaycan xalqı tarix boyu öz dövlətçiliyinə, milli-mənəvi dəyərlərinə və azadlığına daim sahib çıxıb, bu yolda böyük qəhrəmanlıqlar göstərib.


Taleh Məmmədov vurğulayıb ki, Azərbaycan xalqının taleyində müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyev müstəqil dövlətimizin möhkəmləndirilməsi, inkişafı və dünya dövlətləri sırasında layiqli yer tutması üçün misilsiz xidmətlər göstərib. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan ağır sınaqlardan uğurla çıxaraq sabitlik və inkişaf yoluna qədəm qoyub. Məhz Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində Azərbaycan dövlətçiliyi qorunub saxlanılıb, xalqın gələcəyə olan inamı bərpa edilib.


O bildirib ki, bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bütün sahələrdə böyük uğurlar qazanıb, iqtisadi qüdrəti daha da artıb, beynəlxalq aləmdə nüfuzu yüksəlib. Xüsusilə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və tarixi Zəfərin qazanılması xalqımızın milli birlik və həmrəyliyinin ən parlaq nümunəsidir.


Taleh Məmmədov qeyd edib ki, bu gün Azərbaycan dünyanın ən güclü və nüfuzlu dövlətləri sırasında öz layiqli yerini tutur. Dövlətimizin həyata keçirdiyi sosial siyasət nəticəsində vətəndaşların rifahı yüksəlir, şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə xüsusi diqqət və qayğı göstərilir. Bu humanist siyasət xalq tərəfindən böyük rəğbətlə qarşılanır.


Həmkarlar ittifaqlarının fəaliyyətindən danışan Taleh Məmmədov bildirib ki, əmək adamlarının hüquqlarının qorunması, onların sosial rifahının yüksəldilməsi və iş şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. O qeyd edib ki, işçilərin hüquqlarının müdafiəsi və onların sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu sahədə aparılan işlər ölkədə əmək münasibətlərinin sağlam əsaslar üzərində qurulmasına xidmət edir.


Taleh Məmmədov əlavə edib ki, Azərbaycan xalqı müstəqilliyin qədrini yaxşı bilir və bu müstəqilliyin qorunması hər bir vətəndaşın müqəddəs borcudur. O vurğulayıb ki, dövlətimiz gücləndikcə xalqımızın rifahı daha da yüksəlir, ölkəmiz regionun lider dövlətinə çevrilir. Azərbaycanın əldə etdiyi uğurların təməlində xalq-iqtidar birliyi, dövlət başçısına olan inam və milli həmrəylik dayanır.


O, gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinin vacibliyini də diqqətə çatdıraraq bildirib ki, müstəqil Azərbaycanın gələcəyi məhz savadlı, vətənini sevən və dövlətinə bağlı gənclərin əlindədir. Bu gün ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı onların hərtərəfli inkişafına geniş imkanlar yaradır. Təhsil, elm, idman və digər sahələrdə əldə olunan uğurlar Azərbaycanın gələcəyinin daha da parlaq olacağından xəbər verir.


Taleh Məmmədov şəhidlərin əziz xatirəsini də ehtiramla yad edib. O bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğullarımızın şücaəti heç zaman unudulmayacaq. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlətimizin humanist siyasətinin bariz nümunəsidir.


Sonda Shirvan Operating Company Ltd Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədov Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə bir daha ürəkdən təbrik edib, hər bir ailəyə firavanlıq, əmin-amanlıq və bol ruzi arzulayıb. O qeyd edib ki, müstəqil Azərbaycanın uğurları bundan sonra da davam edəcək, dövlətimiz daha da güclənəcək və xalqımız daim qalib xalq kimi yaşayacaq.


Taleh Məmmədov: “28 May – Müstəqillik Gününüz mübarək! Yaşasın müstəqil Azərbaycan!”