Millət vəkili Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirdi
Xalqına bağlı vətənpərvər iş adamı – “Ekskluziv Elektrik” şirkətinin rəhbəri Elşən İsmayılov
Polşada keçirilən Avropa çempionatında Azərbaycan hapkidoçularından böyük uğur – 4 medal qazanıldı
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
Millət vəkili Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirdi
Pərvanə Vəliyeva Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Neft-Energetika Kollecinin tədris binasında kollecin müəllim və tələbə heyəti ilə görüş keçirib. Səmimi və qarşılıqlı müzakirələr şəraitində baş tutan görüşdə gəncləri maraqlandıran bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı millət vəkili ölkədə həyata keçirilən dövlət gənclər siyasəti, Azərbaycanın beynəlxalq münasibətlər sistemi daxilində tutduğu mövqe, milli maraqların qorunması istiqamətində aparılan uğurlu xarici siyasət kursu və qanunverici orqanın fəaliyyəti barədə ətraflı məlumat verib.
Tələbələr müxtəlif mövzular üzrə deputata ünvanladıqları sualları səsləndiriblər. Xüsusilə Azərbaycanın xarici siyasəti, gənclərin cəmiyyət həyatında rolu, parlamentin fəaliyyəti və qanunvericilik təşəbbüsləri ilə bağlı məsələlər tələbələrin böyük marağına səbəb olub. Millət vəkili Pərvanə Vəliyeva bütün sualları ətraflı cavablandıraraq gənclərlə açıq və faydalı dialoq aparıb.
Deputat çıxışı zamanı gənclərin bilikli, vətənpərvər və müasir dünyagörüşlü yetişməsinin dövlətimizin gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, bu cür maarifləndirici görüşlər gənclərin ictimai-siyasi proseslər barədə daha dolğun məlumat əldə etməsinə və onların fəal vətəndaş kimi formalaşmasına mühüm töhfə verir.
Sonda Pərvanə Vəliyeva belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyini qeyd edib, tədbirin təşkilinə yaradılan şəraitə görə kollecin direktoru, dosent Ata Babayevə və kollecin kollektivinə təşəkkürünü bildirib.































































