Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Tibb, hüquq, maliyyə üzrə təhsili olmayan blogerlərə qadağa!
Çində sosial media platformalarında fəaliyyət göstərən influenserlər və kontent yaradıcıları üçün yeni tələblər qüvvəyə minib. Yeni qaydalara əsasən 25 oktyabr 2025-ci ildən, tibb, hüquq, maliyyə və təhsil kimi həssas sahələrdə məlumat paylaşan şəxslər öz peşə ixtisaslarını və ya müvafiq təhsillərini təsdiqləməli olacaqlar.
Tələblərə əməl etməyən şəxslər isə ciddi sanksiyalarla üzləşə bilər. Qayda pozuntularına görə 100 min yuanadək (təxminən 26 min manat) cərimə tətbiq oluna, həmçinin hesabların fəaliyyəti məhdudlaşdırıla və ya tam bloklana bilər.
Çin hakimiyyəti bu addımın əsas məqsədinin internet şəbəkəsində dezinformasiyanın yayılmasının qarşısını almaq və paylaşılan məlumatların keyfiyyətini artırmaq olduğunu bildirib. Bununla belə, yeni qərar ictimaiyyət arasında fərqli reaksiyalara səbəb olub. Bəzi şəxslər bunu istifadəçilərin yanlış məlumatlardan qorunması üçün vacib addım hesab etsələr də, digərləri bu tələblərin ifadə azadlığını məhdudlaşdıra biləcəyini düşünür.//saglamolun























































