Xəbər Lenti
Dünən, 15:54
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
Dünən, 13:30
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Dünən, 11:36
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
20-11-2026, 14:20
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
20-11-2026, 14:02
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
20-11-2026, 13:56
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
20-11-2026, 13:45
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
20-11-2026, 12:36
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
20-11-2026, 10:52
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
20-11-2026, 10:18
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
19-11-2026, 15:28
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
19-11-2026, 13:22
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
ABŞ ordusu İranın raket məntəqələrinə zərbələr endirib
ABŞ hərbi qüvvələri İranın cənubunda yerləşən raket obyektlərini və mina yerləşdirməyə çalışan qayıqları hədəfə alaraq yeni hücumlar həyata keçirib.
Qaynarinfo-nun BBC-yə istinadla verdiyi xəbərə görə, ABŞ Mərkəzi Komandanlığı açıqlamasında bu hücumların "özünümüdafiə” məqsədilə həyata keçirildiyini və "İran qüvvələrinin yaratdığı təhdidlərdən əsgərlərimizi qorumağa” yönəldiyini bildirib.
Mərkəzi Komandanlığın sözçüsü, kapitan Tim Hokins (Tim Hawkins) bildirib ki, ABŞ ordusu "davam edən atəşkəs dövründə təmkinlə hərəkət edərək qüvvələrimizi müdafiə etməyə davam edir”.
Hücumlar İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin ABŞ-la aparılan danışıqlarda müəyyən irəliləyiş əldə edildiyini, lakin münaqişəni sona çatdıracaq yekun razılaşmanın hələ əldə edilmədiyini bildirdiyi vaxta təsadüf edir.
Hokinsin sözlərinə görə, hücumlar Bəndər-Abbas yaxınlığındakı əraziyə yönəlib.
"New York Times”ın məlumatına görə, Bəndər-Abbas limanı Hörmüz boğazında yerləşən İran donanmasının bazasına ev sahibliyi edir.
İran dövlət mediası daha əvvəl Bəndər-Abbasda partlayış səsləri eşidildikdən sonra yerli rəsmilərin araşdırma apardığını xəbər verib.
Rəsmi Tehran son ABŞ hücumlarına hələlik reaksiya verməyib. Bu hücumların ABŞ və İran arasında mümkün sülh sazişinə nə dərəcədə təsir edəcəyi məlum deyil.























































