"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
Daşkənd Dövlət Tibb Universitetinin nümayəndə heyəti ilə ATU-da rektorun görüşü keçirilib
Qəlblərə nur saçan həkim – Uzman doktor, psixiatr Zaur Qasımovun insanlıq və peşəkarlıq portreti
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Albaniyanın Himara şəhər bələdiyyyəsinin sədri Vangel Tavo ilə görüşüb.
Avroviziyada buna görə sonuncu olduq — YYSİB sədri, ictimai və mədəniyyət xadimi, yazıci-kulturoloq Aydın Xan Əbilovdan sərt tənqid
ATU-da magistratura səviyyəsinə yeni və aktual ixtisaslaşmalar üzrə qəbul yerləri elan olunub
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin növbəti regional iclası keçirilib
Kamal Abdulla qadınlarla bağlı cavabı haqda - Açıqlama yaydı
“Mənim son müsahibəmdə qadınlarla bağlı dediyim fikirləri təəssüf ki, yarımçıq şəkildə “Qafqazinfo” saytının manşetinə çıxarıblar. Bu fikrə kontekstdə yanaşmaq lazımdır”.
Bu sözləri Xalq yazıçısı, ADU-nun rektoru Kamal Abdulla “Qafqazinfo”da yayımlanan “Qadını evdə saxlayıb uşaqlarına baxmağa yönəltsək, daha çox xeyir gətirər” adlı müsahibəsində səsləndirdiyi və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan fikirləri haqda danışarkən deyib.
“Kontekst isə ondan ibarətdir ki, elə qadınlarımız var, öz potensialından istifadə edərək cəmiyyətimizin müxtəlif istiqamətlərində öz işlərini və bacarıqlarını göstərirlər. Bu, bizim müasir həyatımızda öz əksini normal şəkildə tapıb. Mən müsahibədə heç bir qəribə fikir səsləndirməmişəm. Ona görə də, müsahibəni oxumayanlar, ancaq manşetdəki fikirdən çıxış etdikləri üçün, özlərinin anladıqları şəkildə qoyduqları fikrə tam layiqdirlər. Mənim Azərbaycan qadınına, Azərbaycan qadınının cəmiyyətdə tutduğu yerə münasibətim bütün yaradıcılığım üzrə özünü göstərib. Mən həmişə belə məsələlərə son dərəcə tolerant, son dərəcə normal münasibət bəsləmişəm. Azərbaycan qadınına olan humanist, mənəvi və yüksək münasibətimi həmişə göstərmişəm. Ana, qadın sevilməyə və hər cür itaətə layiq olan simvoldur”, - o qeyd edib.
“Qafqazinfo” olaraq bir daha Kamal Abdullaya ünvanladığımız sualı və Xalq yazıçısının ona cavabını olduğu kimi təqdim edirik:
- Bir az insan münasibətlərindən də danışaq. Bəzi kişilər deyir ki, savadsız qadınla evlənmək, onunla yola getmək daha rahatdır, nəinki savadlı qadınla. Amma digərləri bunun əksini düşünür. Bəs siz nə düşünürsünüz? Ümumiyyətlə, Azərbaycan qadınının cəmiyyətdəki rolu nədir?
- Qadın evdə oturub övladlarına, ailəsinə baxsa, daha yaxşıdır. Mən bu cür fikirləşirəm. Aralarından xüsusi istedadı nəticəsində üzə çıxıb özünü hansısa dairələrdə göstərə bilən qadınlar olarsa, o bir başqa məsələdir. Amma biz istiqamətimizi qadını evdə saxlayıb mətbəxdə və ev şəraitində uşaqlarına baxmağa yönəltsək, sanıram ki, bu, Azərbaycan cəmiyyətinə daha çox xeyir gətirə bilər.
Mədinə Useynova






















































