Mövqe: Hüquqi qiymət verilmiş məsələ ətrafında dezinformasiyaya son qoyulmalıdır. LOR həkimi Rəşad Məmmədovun haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.
MemurTV.az İnformasiya Agentliyinin mövqeyi: "Stimul Hospital"la bağlı yayılan məlumatlara dair açıqlama
Xeyirxahlığı, peşəkarlığı və vətəndaş mövqeyi ilə seçilən peşəkar rəhbər – "Stimul Hospital" klinikasının rəhbəri Bəxtiyar Ələkbərli
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
Dövlətə sədaqətlə xidmət edən rəhbər – Kəmaləddin Heydərovun 65 illik yubileyinə ithaf
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
Rekord istilər gözlənilir - Xəbərdarlıq
Dünya üzrə iqlim müşahidəçiləri Sakit okeanda güclənən istiləşmə fonunda daha dağıdıcı “Super El Nino” ehtimalı ilə bağlı xəbərdarlıq ediblər.
“Qafqazinfo” xəbər verir ki, bu proses qlobal hava sistemini ciddi şəkildə dəyişdirə bilər.
Bildirilir ki, okean sularında qeyri-adi istiləşmə atmosferdə böyük enerji axınını gücləndirir və nəticədə dünyanın müxtəlif bölgələrində ekstremal hava hadisələrinə səbəb olur. Bir tərəfdə uzunmüddətli quraqlıq və məhsul itkisi, digər tərəfdə isə güclü yağışlar və daşqınlar riski artır.
Yaponiya Meteorologiya Agentliyinin proqnozlarına əsasən, Şimal yarımkürəsində güclü “El Nino” ehtimalı 70 faizə yaxın qiymətləndirilir. Agentlik xüsusilə Asiya regionunda musson yağışlarının son illərin ən aşağı səviyyəsinə düşə biləcəyini bildirir.
ABŞ-nin iqlim proqnoz mərkəzlərinin qiymətləndirmələrində isə “El Nino” ehtimalı yüksək göstərilsə də, “Super El Nino” kimi ekstremal ssenarinin 20-30 faiz ehtimalla baş verə biləcəyi qeyd olunur.
Xəbərdarlıq edilir ki, cari istiləşmə tendensiyası keçmişdə qeydə alınmış ən ağır iqlim hadisələrinə bənzəyir və növbəti iki il qlobal miqyasda rekord istilər və hava qeyri-sabitliyi ilə keçə bilər.
Qeyd edək ki, “El Nino” ekvator xətti boyunca yerləşən Sakit okeanda müşahidə olunan bir iqlim prosesidir. Bu hadisə zamanı okeanın səthindəki suyun temperaturu normadan yüksək olur və nəticədə Yer kürəsinin müxtəlif bölgələrində hava şəraiti dəyişikliklərə məruz qalır.























































