Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu!
İSMAYIL ZALOVDAN SƏBİNƏ ƏLİYEVAYA TƏBRİK: İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ SAHƏSİNDƏ ETİMAD VƏ MƏSULİYYƏTİN YENİ MƏRHƏLƏSİ!
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
103 yaşlı həkim uzunömürlülüyün - 3 sirrini açıqladı
103 yaşlı amerikalı nevroloq, “dünyanın ən yaşlı praktik həkimi” kimi tanınan Hovard Taker uzun və sağlam həyatın əsas prinsiplərini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, 2022-ci ilə qədər fəal şəkildə işləyən və Ginnesin Rekordlar Kitabına düşən Hovard Taker uzunömürlülüyü üç əsas qayda ilə izah edir.
1. Zehni aktiv saxla
Takerə görə, ağıl bədən əzələsi kimidir və istifadə olunmadıqda zəifləyir. O, öyrənməyə davam etməyin, yeni hobbilər və fəaliyyətlərlə məşğul olmağın zehni gənc saxladığını bildirir.
2. Qəzəb və nifrətdən uzaq dur
Onun ikinci qaydası emosional balansla bağlıdır. Taker kin və qəzəbin həm psixoloji, həm də fiziki sağlamlığa zərər verdiyini vurğulayır.
3. Balansı qoru
Üçüncü prinsip “qızıl orta”dır. O, sərt pəhrizlər əvəzinə balanslı qidalanmanı tövsiyə edir və hər şeydə ölçünü qorumağın vacibliyini qeyd edir.
Hovard Takerin sözlərinə görə, uzun ömrün əsas açarı zehni aktivlik, emosional sabitlik və balanslı həyat tərzidir.























































