Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
Hərbçilərimiz ermənilərin gedərkən basdırdığı minaya düşüb
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər.
“Qafqazinfo” xəbər verir ki, bu, işğaldan azad edilmiş ərazilərdə baş verən ilk mina hadisəsi deyil.
Sözügedən ərazilərdə ermənilər tərəfindən basdırılmış minalar hələ də ciddi təhlükə olaraq qalır. Belə ki, ermənilər onlara bölgəni tərk etmək üçün verilən vaxtdan ərazilərimizdə çoxsaylı mina və partlayıcı qurğular yerləşdirmək üçün istifadə ediblər. Bu isə həm hərbçilərin, həm də mülki şəxslərin həyatı üçün təhlükə yaratmaqda davam edir.
Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, ermənilər basdırdıqları minaların xəritələrini ya tam təqdim etməyiblər, ya da təqdim olunan məlumatlar həqiqəti əks etdirməyib.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə, Azərbaycanda 10 noyabr 2020-ci ildən indiyədək mina qurbanlarının sayı 421 nəfər təşkil edib. Onlardan 72 nəfəri ölüb, 349 nəfəri xəsarət alıb. Ölənlərin 57 nəfəri mülki şəxs, 15-i isə hərbçidir. Xəsarət alanlardan isə 171 nəfəri mülki şəxs, 178 nəfəri hərbçidir





















































