Menu
Xəbər Lenti
ZAHİD HƏBİBOĞLU — 55
10-10-2026, 11:50

ZAHİD HƏBİBOĞLU — 55

“Azeri Light” ucuzlaşdı
10-10-2026, 11:32

“Azeri Light” ucuzlaşdı

Neftimiz bahalaşdı
8-10-2026, 10:30

Neftimiz bahalaşdı

12 May 2026 08:11Manşet / Sosial

Gəzməkdən gələrkən qəzaya düşdülər - Ata-oğul yaralandı

 

Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, qəza rayonun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Elmin Muradov idarə etdiyi “Lada Granta” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü və onun oğlu Əfrahim Muradov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməyilə xəstəxanaya çatdırılıblar.

İlkin məlumata görə qəza azad olunmuş əraziləri  gəzməkdən qayıdan zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı