Menu
Xəbər Lenti
ZAHİD HƏBİBOĞLU — 55
10-10-2026, 11:50

ZAHİD HƏBİBOĞLU — 55

“Azeri Light” ucuzlaşdı
10-10-2026, 11:32

“Azeri Light” ucuzlaşdı

Neftimiz bahalaşdı
8-10-2026, 10:30

Neftimiz bahalaşdı

09 May 2026 11:32Manşet / Sosial

7 marşrutun hərəkət istiqaməti dəyişdirildi

 

Paytaxtın Abbas Mirzə Şərifzadə küçəsində (Nazim Hikmət küçəsindən İsfəndiyar Zulalov küçəsinədək) və Səməd Vurğun küçəsində (Abbasqulu ağa Bakıxanov küçəsindən Füzuli küçəsinədək) 9-11 may tarixlərində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “Qafqazinfo”ya verilən məlumata görə, məhdudiyyət səbəbindən 7 müntəzəm marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib.

39, 77, 96, 165 və 205 nömrəli marşrutlar alternativ olaraq Nazim Hikmət küçəsi və Mətbuat prospekti, 61 və 88A nömrəli marşrutlar isə Azadlıq prospekti ilə hərəkət edir.