ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olundu
Rubio ABŞ-ın Azərbaycanla əməkdaşlığı möhkəmləndirməkdə maraqlı olduğunu bəyan edib
“Zeferyolu.az” informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızından müqəddəs Qurban Bayramı təbriki
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradovadan müqəddəs “Qurban” bayramı təbriki
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanovadan müqəddəs “Qurban” bayramı təbriki
Mayın 7-də Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatının təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirə başlamazdan əvvəl ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış büstlər ziyarət edilmiş, onların əziz xatirəsi dərin ehtiramla yad olunmuşdur.
Tədbir əvvəlcə Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Dövlət Himni səsləndirilib, Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, Ulu Öndər yalnız siyasi lider deyil, həm də müasir Azərbaycanın memarıdır. O qeyd edib ki, Heydər Əliyev hələ Sovet İttifaqı dövründə Azərbaycanın gələcək müstəqilliyinin əsaslarını formalaşdırıb. “Bugünkü Azərbaycan Heydər Əliyevin şah əsəridir. O, Azərbaycanı parçalamaq istəyən qüvvələrdən qoruyub. Onun siyasi irsini Prezident İlham Əliyev uğurla davam etdirir və Ulu Öndərin yarımçıq qalan işlərini ləyaqətlə həyata keçirir. Regionda mövcud gərginliklər fonunda Azərbaycanın sabitlik və sülh şəraitində yaşaması da məhz bu siyasətin nəticəsidir”, – deyə Muxtar Nağıyev vurğulayıb.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib ki, Heydər Əliyev hər zaman azərbaycançılıq ideyasını dövlətçilik fəlsəfəsinin əsas istiqamətlərindən biri kimi ön plana çəkib. “Ulu Öndər çıxışlarında dəfələrlə vurğulayırdı ki, ömrünün sonuna qədər bütün fəaliyyətini Azərbaycanın inkişafına, güclənməsinə və dövlətçiliyinin möhkəmləndirilməsinə həsr edəcək”, – deyə Bahar Muradova bildirib. O vurğulayıb ki, Heydər Əliyev xalqına yalnız Azərbaycan vətəndaşı olmağın məsuliyyətini deyil, milli birlik, dövlətə bağlılıq və ümummilli hədəflər uğrunda çalışmağın vacibliyini də aşılayıb.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova bildirib ki, Heydər Əliyev xalqa Azərbaycan vətəndaşı olmağın məsuliyyətini aşılayıb. Ulu Öndər siyasi lider kimi Azərbaycan dövlətinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirib və xalqı vahid məqsəd ətrafında birləşdirməyi bacarıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov diqqətə çatdırıb ki, “Əsrin müqaviləsi” Azərbaycanın gələcək iqtisadi inkişafı baxımından strateji əhəmiyyət daşıyıb. “Uzunmüddətli kontraktlar çərçivəsində 30 il ərzində əldə olunan gəlirlər ölkənin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edib. Bu prosesin arxasında isə gərgin siyasi mübarizə və ciddi diplomatik fəaliyyət dayanırdı”, - deyə rektor bildirib.
Sonra tədbir iştirakçılarına fəxri fərmanlar və Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub. Fəxri fərmanlar və partiya vəsiqələri Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov və YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev tərəfindən təqdim edilib.
Tədbirin bədii hissəsində Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. Tədbir çərçivəsində səsləndirilən musiqi nömrələri, vətənpərvərlik ruhunu, milli dəyərləri və dövlətçilik ənənələrini tərənnüm edən çıxışlar iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Sonda tədbir iştirakçıları ilə birgə xatirə şəkli çəkdirilib.
ARHD.MEDİA




















































































