Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olundu
Rubio ABŞ-ın Azərbaycanla əməkdaşlığı möhkəmləndirməkdə maraqlı olduğunu bəyan edib
“Zeferyolu.az” informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızından müqəddəs Qurban Bayramı təbriki
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradovadan müqəddəs “Qurban” bayramı təbriki
"Korrupsiya haqqında"
"Hədiyyələr insanları
Və tanrıları cəlb
Edir, Yupiter
Hədiyyələri görəndə
Barışır"
Ovidiy.
"Korrupsiya " termini iki Latın sözünün birləşməsindən yaranmışdır. Correl - birlikdə , həmrəy hərəkət etmək .Rumpere- sındırmaq ,korlamaq, dağıtmaq demək.
Tarixdə korrupsiyayla mübarizə aparan ilk Çar, Şumer Çarı Uri-i-nimqina olmuşdur. Qədim Yunanıstanda , xüsusən Afina və Spartada korrupsiyaya bulaşmış Çarlar və ordu başçıları dərhal cəzalanırdılar. Məsələn Spartada Çar Plistoanakt Perikla satıldığı üçün Spartadan qovulmuşdur.
Qədim Romadada rüşvətxorluq və korrupsiya geniş vüsət almışdır. Korrupsiya haqqında hələ e.ə . 5- ci əsrdə "12 Cədvəl " qanunlarında rast gəlinir.Bu qanunda "Corrumpere" sözü , ilk olaraq məhkəmədə hakimi ələ almaq və yaxud məhkəmə zamanı pul müqabilində ifadəni dəyişmək mənasını daşıyırdı."12 Cədvəl" qanununun müddəalarına görə korrupsiya əməli ağır cinayət hesab edilirdi və ölümlə cəzalandırılırdı.
Çar Rusiyasında korrupsiyayla mübarizəni ilk olaraq Birinci Pyotr başlamışdır. 1714-cü ilin dekabr ayında Çar Pyotr korrupsiyanı qadağan edən əmr imzalamışdır. Bu əmrə əsasən korrupsiya cinayətini törədən şəxs ölüm cəzasına məhkum edilməli idi.
Rüşvət - əksər insanın ikrah hissi ilə qarşıladığı , cəmiyyətin tərəqqisinə , şəffaf inkişafa mane olan amildir. Rüşvətxorluq korrupsiya cinayətlərinin ən geniş yayılmış, çox təəssüf ki , cəmiyyətin bütün təbəqələdinə sirayət edən , dövlət və cəmiyyət üçün bəla hesab olunan aktdır.
Bir sıra hüquqşünas və sosioloq alimlərə görə , rüşvət alan olmasa , rüşvət verən də olmayacaq.Mənim fikirimcə, rüşvət almaq istəyən olsa belə, rüşvət verməməyi daha çox təşviq etmək lazımdır. Belə olanda rüşvət almaq istəyənlərlə bağlı şikayətlər və nəticədə cəza tədbirlərinin həyata keçirilməsi təmin edilə bilər.
Azərbaycan cinayət qanunvericiliyi rüşvətxorluğu iki hissəyə ayırır.
Aktiv rüşvətxorluq- rüşvət vermə və passiv rüşvətxorluq - rüşvət alma.
Rüşvət alma iki halda baş verir : vəzifəli şəxs tərəfindən öz vəzifə səlahiyyətlərinə aid olan hərəkətə ( və ya hərəkətsizliyə) görə və qanunsuz hərəkətlərə görə.
Rüşvət almaq ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü , yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla , şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti , imtiyazı və ya güzəşti istək və ya almaq , yaxud bu barədə təklif və ya vədi qəbul etməkdir. Təəssüf ki, cəmiyyətimizdə rüşvət alma konkret olaraq "Əlində pul tutulması" kimi başa düşülür. Yəni , adamlara elə gəlir ki , cinayətin baş verməsi üçün şəxsin "əlində pul tutulmalıdır". Lakin rüşvət alma formal xarakterli cinayət olduğuna görə rüşvət istənildiyi , alındığı və ya bu təklifin , vədin qəbul edildiyi anda başa çatmış hesab edilir.Yəni, rüşvət müqabilində müəyyən işin görülüb- görülməsinin , həmin işi görməyə hazırlığın olub- olmamasının əməlin tövsifi üçün heç bir əhəmiyyəti yoxdur.
Rüşvət vəzifəli şəxs tərəfindən istənilərkən də cinayət artıq başa çatmış olur.
Rüşvət istəmək dedikdə , vəzifəli şəxsin rüşvət alması arzusunun bildirilməsi nəzərdə tutulur. Bu müxtəlif formalarda ( şifahi, yazılı) və ya hər hansı üsulla , telefon , internet, sosial şəbəkə, qısa mesaj, vərəq üzərinə yazma müəyyən anlaşılan işarələr göstərmə , xəbər göndərmə ola bilər.
Rüşvətin verilməsi təklif edilməsinə baxmayaraq , vəzifəli şəxs tərəfindən həmin rüşvətdən imtina rüşvəti təklif edən şəxsin əməlində ( CM- in 29, 312 ci maddə) rüşvət verməyə cəhd kimi cinayət tərkibi yaradır.
Vəzifəli şəxs öz səlahiyyətinə daxil olmayan məsələlərlə bağlı vəd verib , pul və ya maddi nemət alırsa , bu dələduzluqdur.
Vəzifəli şəxs yalnız bir il ərzində 55 manatdan yuxarı olmayan , sadə qonaqpərvərlik kimi gəbul edilən , vəzifəsinin qərəzsiz icrasına təsir etməyən hədiyyə qəbul edə bilər.
Rüşvət verən şəxs hədə - qorxu nəticəsində rüşvət verdikdə və ya rüşvət verdiyini könüllü dövlət orqanına məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir.
Rüşvət alma və rüşvət vermə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311 və 312 - ci maddələrində ehtiva olunmuşdur.
Rüşvətxorluq haqqında işlər üzrə SSRİ Ali Məhkəməsi Plenumunun 30 mart 1990 -cı il tarixli 3 saylı Qərarının 5 - ci bəndində deyilir ki , təqsirkarın əməli o hallarda rüşvət alma və ya rüşvət vermə kimi qəbul ediləcəkdir ki , rüşvətin alınması və xidmətin göstərilməsi şərtləri barədə xüsusi razılaşdırılma əvvəlcədən olmasa da , cinayətin iştirakçıları dərk edirlər ki , rüşvət rüşvət verənin mənafeyinin təmin məqsədi ilə verilir.
Korrupsiyayla mübarizə sahəsində Azərbaycanda kifayət gədər effektiv hüquqi baza mövcuddur.13 yanvar 2004- cü ildə "Korrupsiyaya qarşı mübarizə haqqında " qanun qüvvəyə minib. 31 oktyabr 2003 -cü il tarixində BMT-ın Baş Assambleyasının Meksikanın Merida şəhərində qəbul etdiyi " Korrupsiyaya qarşı " Konvensiyanı Azərbaycan Parlamentidə ratifikasiya edib. Həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində hüquqi effektivliyi artırmaqdan ötrü , prezident İlham Əliyevin təsdiq etdiyi "Milli fəaliyyət Planı" mövcuddur.
Ölkəmizdə rüşvətxorluqla mübarizədə bütün hüquq- mühafizə orqanları səfərbərdir, lakin əsas yük Baş Prokuror yanında (ixtisaslaşmış) Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin üzərinə düşür. Son olaraq Azərbaycan Respublikasının Baş Prokuroru , Hörmətli Kamran Əliyevin çıxışından sitat gətirmək istərdim:" Korrupsiya təkcə qanunun pozulması deyil . O , cəmiyyətin ruhuna , insanın inamına , gələcək nəsillərin ümudlərinə zərbədir".
Hüquqşünas, Kriminologiya üzrə ekspert Faxir Ağayev.























































